“Bəlkə İlqar Məmmədovun əlinə dəyənək verək, “uşaqpulu” tələbi ilə çıxış edənlərin aksiyalarını yatırsın?”



“Bizim hökumətdən uşaqpulu tələb etməyimizə hakimiyyətin əvəzindən REAL sədri İlqar Məmmədov yaramaz, mənasız və məntiqsiz bir cavab verib. Və belə tələb səsləndirənləri hədələyib. Sırf hakimiyyətə xoş gəlmək üçün yazılmış açıqlamada deyib ki, uşaqpulu tələbimiz büdcəyə milyonlarla əlavə xərc olar və s. Hansı ki, son zamanlar büdcədən milyardlarla lazımsız edilən xərclərlə bağlı açıqlamalarına rast gəlmirik”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib.
 
“Büdcəni düşünən İlqar Məmmədov niyə 1/4 milyon manatlıq təzminatının büdcədən ödənməsinə etiraz etmədi? İmkansız insanların əsas təminatlarından olan uşaqpuluna gələndə büdcə düşünən oldu? Ümumiyyətlə, uşaqpulunun əlehinə çıxan REAL və İlqar Məmmədov bu məsələdə hakimiyyətə niyə vəkillik edir, hakimiyyətin əvəzindən bu tələbi səsləndirən kasıb əhalini və onları düşünən müxalifəti İlqar Məmmədov niyə hədələyir? Bəlkə Hafiz Hacıyevin funksiyasına iddialıdır? Bəlkə əlinə bir “dəyənək” də verək, bu tələblə çıxış edən insanların aksiyalarını yatırsın?” – S.Soltanlı qeyd edib.
Tarix: 2-04-2021, 22:27
Xəbəri paylaş





Xəbər lenti