Сəmil Əliyevin xəstəxana və dərman biznesi

 



Bəxtiyar Hacıyev
Milli Onkologiya Mərkəzi 1 və 2 gün əvvəl “Solamedical” və “Azəri-Med” MMC-dən ümumilikdə 35.5 milyon manatlıq dərman, sarğı materialları alıb. (foto şərhdə)
2020 yanvar və iyul aylarında iki tenderlə “Solamedical” və “Azəri-Med” MMC-dən ümumilikdə 11.7 milyon manatlıq dərman, sarğı materialları alıb.
2019-cu ilin fevral ayında yenə “Azəri-Med”dən 10.2 milyon manatlıq dərman alıb.
2018 – yanvar ayında 3.9 milyon, fevral ayında 5.7 milyon, aprel ayında 3.9 milyon, may ayında 5.7 milyon, avqust ayında 10 milyon manat olmaqla eyni şirkətdən – “Azəri-Med” MMC-dən ümumilikdə 29.6 milyon manatlıq dərman, sarğı materialları alıb.
2017-ci ildə fevral ayında 4.6 milyon, aprel ayında 4.8 milyon, aprel ayında yenə 2.9 milyon, may ayında 5.2 milyon, iyul ayında 5.3 milyon, sentyabr ayında 6.3 milyon, olmaqla “Azəri-Med” MMC-dən ümumilikdə 29.9 milyon manatlıq dərman, sarğı materialları alıb.
Tibb sahəsində çalışan dostlar, bu məbləğlər MOM üçün normaldırmı?
İllər üzrə dərman və sarğı materiallarına tələbin 29.9, 29.6, 10.2, 11.7, 35.5 milyonluq dəyişməsi dinamikası uyğundurmu? Hər iki aydan bir 5-6 milyon manatlıq dərman, sarğı tenderini eyni şirkətə vermək doğrudurmu?
Milli Onkologiya Mərkəzinin rəhbəri prezidentin dayısı Cəmil Əliyevdir, mətbuatda “Azəri-Med” MMC-nin də onun olduğu deyilir.
https://www.azadliq.info/243208.html
Tarix: 30-04-2021, 13:07
Xəbəri paylaş





Xəbər lenti