Məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq niyə azalmır?




Uzun illər Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini kimi çalışan Xalidə Bayramova vəzifəsindən azad olundu. Səbəb bir müddət bundan əvvəl onun 1 saylı Şəhər Poliklinikasının məsul şəxsindən öz qohumu üçün saxta peyvəndləmə sənədi tələb etməsi olub.
Qeyd edək ki, Xalidə Bayramova ilə bağlı məsələ hələ bir neçə gün öncə məlum idi. Baş Prokurorluq onun intizam məsuliyyətinə cəlb edilməsi üçün icra hakimiyyətinə təqdimat göndərmişdi. İctimaiyyət Səbail İcra Hakimiyyətini Xalidə Bayramova barəsində tədbir görmədiyi üçün tənqid obyektinə çevirmişdi. Çünki iki həftə əvvəl buna bənzər hadisə baş vermişdi və vəzifə səlahiyyətlərini aşan iki tibb bacısı işdən kənarlaşdırılaraq, eyni zamanda barələrində inzibati həbs və cəza tətbiq edilmişdi. X. Bayramovanın isə əməllərinə dərhal reaksiya verilməməsi, hələ də vəzifəsinə davam etməsi cəmiyyətdə narazılıq yaratmışdı.
Xatırladaq ki, hələ 3 il əvvəl Xalidə Bayramovanın  adı 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı. Məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığı üçün intihar edən Elinanın ölümü ölkədə uzun müddət müzakirələrə səbəb olmuşdu. Xanım müavin isə ağır vəziyyətdə olan Elinanı xəstəxanaya çatdırmaq əvəzinə, sorğu-sual edərək videoya çəkdiyinə görə tənqid edilmişdi. Buna baxmayaraq, Bayramova barəsində hər hansı hüquqi tədbir görülməmişdi.
Artıq bir müddətdir ki, ölkədə xeyli sayda məmur öz səlahiyyətlərtindən sui-istifadə və korrupsiya hallarına görə işdən azad edilir, işıqlı kabinetlərindən birbaşa həbsə gedirlər. Di gəl ki, məmur özbaşınalığı azalmır. Səbəb nədir? Məmurlarda bu cür arxayınçılıq nə ilə əlaqədardır?
Azerbaijani Popular Front Party headed by Razi Nurullayev renamed
Razi Nurullayev: “Ölkədə rüşvətxorluq və korrupsiya yalnız şəklini dəyişib”
Millət vəkili Razi Nurullayev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkədə müxtəlif tədbirlər həyata keçirilsə də bu gün də məmurlar arasında korrupsiya, rüşvətxorluq halları azalmır: “Sadəcə olaraq bəziləri bunun görüntüsünü yaratmağa çalışır, bəzilərində isə qorxuya qarşı artıq bir immunitet yaranıb. Onlar rüşvətxorluğun və korrupsiyanın formasını, şəklini dəyişərək, yenə də bu işlə məşğul olurlar. Məsələn, indi tələb etmirlər ki, pulu gətir cibimə qoy və sairə. Başqa hansısa forma tapıb, eyni işlə məşğul ola bilirlər. Beləliklə, Azərbaycanda rüşvətxorluq və korrupsiya yalnız şəklini dəyişir, azalmır. Bu reallıqdır. Hesab edirəm ki, qorxu, cəzalar onlara təsir etmirsə, demək, məsələnin kökündə dayanan hansısa amil var. Korrupsiya və rüşvətxorluq indiki idarəetmənin demək olar ki, bütün sədlərinə oturuşub, cəmiyyəti sarmaşıq kimi sarıb. Ayrı-ayrı rayonların icra başçısını, bir idarənin müdirini, hansısa xəstəxananın baş həkimini və yaxud hansısa müəllimi işdən çıxarıb, həbs etməklə bunu dayandırmaq olmaz. Bir nəfər həbs olunan kimi yeniləri ortaya sıxır, sanki yeni cücərti verir. Ona görə də bunun kökünü ”qazımaq" lazımdır. Hesab edirəm ki, hələ də bunun kökünü qazıya bilmirik. Əvvəllər hər bir nazirin özünün adamları, qohum əqrəbaları var idi və ətrafına onları yerləşdirirdi. İndi də eyni məsələlər davam edir. Yəni dəyişən heç nə yoxdur. Prezident bu məsələlərdə səmimidir. Ölkədə xeyli tədbirlər görülür və bu göz qabağındadır. Lakin bir daha qeyd edirəm ki, ümumilikdə idarəçilik sistemi tam kökündən dəyişməsə, prosesin qarşısını almaq mümkün olmayacaq, çünki bütövlüdə cəmiyyətə hopub".
Ağ Partiya sədri Tural Abbaslı mövzuya bu cür şərh bildirdi: “Uzun müddətdir ki, bir sıra məmurlar qanunsuzluq, özbaşınalıq və yaxud korrupsiya, rüşvət ilə məşğuldur, lakin barələrində tədbir görülmür. Əlbəttə ki, 20 il korrupsiya ilə məşğul olana Alimpaşa Məmmədovun həbs olunması xəbəri ona təsir etməz. Və yaxud onun bu hadisədən dərs alaraq, bundan sonra səlahiyyətlərindən sui-istifadə etməyəcəyi inandırıcı görünmür. El arasında bu məsələ ilə bağlı belə bir söz var - ”dadanıblar".
Tural Abbaslı (@TuralAbbasli) | Twitter
Tural Abbaslı: “Onlar artıq bu işə dadanıblar”
Beləliklə, uzun illər vəzifəsindən sui-istifadə edən şəxslərin birdən-birə özlərinə yığışması mümkün deyil. Əksinə, dərs almaq, özlərini düzəltmək əvəzinə bir araya gələrək müqavimət təşkil edir, prosesi dayandırmağa çalışır, əvvəlki vəziyyətinə döndərməyə çalışırlar. Kənardan bəlkə də görünmür, amma daxildə belə bir müqavimətin olduğu dəqiq var. Belə olmasaydı bu insanlar qorxmadan, çəkinmədən öz işlərinə davam etməzdilər. Məsələn, Xalidə Bayramova niyə ilk gündən vəzifəsindən kənarlaşdırılmadı, yalnız xəbərdarlıq edildi? Xatırlayırsınızsa, bir müddət əvvəl belə bir hadisə olmuşdu, tibb bacıları barəsində cinayət işi açılmışdı. Amma Xalidə Bayramovaya sadəcə xəbərdarlıq etmişdilər. Demək ki, onu da qoruyan və yaxud onu müdafiə edən mexanizm var və bu mexanizm bir müddət bunu bəlli müddətdə qorudu, lakin sonra ictimai qınaq bu addımı atdı. Ümumiyyətlə, deyərdim ki, hakimiyyətdə olan məmurların 60-70 faizi bu prosesin içərisindədir. Yəni səlahiyyətlərini aşır, ondan sui-istifadə edir və sairə. Bu kadrları dəyişmədən prosesi tənzimləmək mümkün olmayacaq. Elə bir mexanizm olmalıdır ki, struktur özü-özünə nəzarət etsin. Bu mexanizmdə birinci şəxs iqtidardan olarsa, ikinci şəxs müxalifətdən ola bilər və yaxud əksinə. Beləliklə, hesab edirəm ki, bu cür məmur heyəti tam vəzifədən getmədiyi təqdirdə məsələlərin tam düzələcəyi inandırıcı deyil".
Sosioloq Əhməd Qəşəmoğlu isə sualımıza cavab olaraq bildirdi ki, bu məsələ sosiologiyada konkret olaraq funksional struktur analiz nəzəriyyəsi adlanır və 20-ci əsrdə ən möhtəşəm nəzəriyyə sayılır: “Bu, o deməkdir ki, hər hansı cəmiyyətdə onun funksiyası ilə struktur arasında sıx əlaqə var. Bu strukturda təkcə kimisə dəyişmək, işdən uzaqlaşdırmaq elə bir böyük əhəmiyyətə malik olmur. Yəni burada ayrı-ayrı məmurları dəyişməklə nəticəyə gələ bilmərik. Metodoloji olaraq aydındır ki, ümumi bir siyasət dəyişməlidir.
Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK  BİRLİYİ QURTARA BİLƏR"
Əhməd Qəşəmoğlu: “Çox təəssüf ki, bəzən vəzifəyə seçilən gənc də ”rüşvət xəstəliyi"nə tutulur"
Təxminən 15 il bundan qabaq mətbuatda qeyd etmişdim ki, məmurlar bu prinsiplə seçilməməlidir. Axı seçilən məmurlar vaxtilə tutduğu vəzifəyə uyğun olduğuna görə deyil, elə korrupsiya maraqlarına uyğun siyasətlə görə seçilib. Yəni vaxtilə həmin məmurları seçənlər vəzifəni layiqincə yerinə yetirər deyə onları seçməmişdilər. Seçilən məmurlar kiminsə tanışı, qohumudur, kimlərləsə əlaqəsi var və rüşvətlə, əlaqələrlə vəzifəyə gəlib, hansı ki, hazırda işdən çıxarılıb, qolu qandallanıb. Onlar gəlmişdilər ki, vəzifədən istifadə edərək, indiki əməllərini həyata keçirsinlər. Tək onlar deyil, bir çoxları da vaxtilə həmin bu prinsiplə vəzifəyə seçiliblər. Həmin məmurlar axı başqa cür də işləməyi bacarmır. Məsələn, qarğanı gətirib bülbül yerinə qoysan ki, bülbül kimi oxu, əlbəttə ki, o öz qarğa avazını oxuyacaq, çünki bilmir axı bülbül avazı nədir. Beləliklə, düşünürəm ki, ölkədəki bu siyasət dəyişəcək və layiqli kadrlar seçiləcək, onların qarşısına elə tələblər qoyulacaq ki, daha dürüst işləsin. Çox təəssüf ki, bəzən görürük ki, vəzifəyə seçilən gənclər də dərhal “rüşvət xəstəliyi”nə tutulur".
Tarix: 8-05-2021, 11:24
Xəbəri paylaş





Xəbər lenti