Araik Şuşaya Əsgərandan keçən yolumuzu asfaltlayır...-FOTOLAR

Araik Şuşaya Əsgərandan keçən yolumuzu asfaltlayır...-FOTOLAR
Şuşaya bu yolla mütləq getməliyik ki, Qarabağa gerçək sahibliyimizi sübut edək!..
 
Azərbaycan Respublikasının hüquqi-tarixi ərazisində qondarılmış separatçı-terrorçu rejimin Rusiya hərbçilərinin qucağında oturan tör-töküntülərinin başçısı Araik Arutyunyanın göstərişi ilə  Əsgəran şəhərinin mərkəzindən Xankəndi və Ağdam istiqamətinə keçən yol asfaltlanır.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndidəki erməni nəşrləri məlumat yayıb.
 
Yolun təmirini həyata keçirən “Kapavor” şirkətinin direktoru Araik Abakyan bildirib ki, yolun Əsgəran qalasından Xankəndi istiqamətidə olan 8 kilometrlik hissəsi  2020-ci ildə - müharibədən öncə asfaltlanır. Şəhərin mərkəzinin asfaltlanması isə 2021-ci ilin fevralından başlanıb və 10 günə bitirilməsi gözlənilir.
 
P.S. Deyirlər, Araik də Paşinyan kimi bizə “işləyir”... İnşallah, bir az da qeyrət, təpər, səbir və təmkin göstərsək, bu yaxın müddətdə Ağdamdan keçib Əsgərandakı bu təzə asfaltla Xocalıya, Xankəndiyə, oradan da Şuşaya özümüz gedəcəyik. Bu yolla mütləq getməliyik ki, Qarabağa gerçək sahibliyimizi sübut edək!..
 
Sultan Laçın

Tarix: 8-05-2021, 13:27
Xəbəri paylaş





Xəbər lenti