Erməni vay-şüvənliyinin səbəbi – Fars körfəzi-Qara dəniz magistralı Qaragölə düşə bilər


 
Ermənilərin Qaragöl ətrafındakı ərazilərimizə iddialarının dayanağı (istinad nöqtəsi) bəlli oldu. Sən demə, məkrli düşmənlərimizin əsaslandığı xəritə 1932-ci ilin SSRİ topoqrafik xəritəsi imiş.
 
Ovqat.com xəbər verir ki, ermənilərə məxsus bəzi sosial media orqanları həmin xəritəni yayaraq, bildiriblər:
 
1932-ci ildə SSRİ-nin topoqrafik xəritəsi. Burada 1932-ci ildə Sev Liç (Qara göl) və Böyük İşxanasarın tamamilə Ermənistan SSR ərazisinin bir hissəsi olduğu görülə bilər. Gölün yüzdə 60-70-i yox, 100-ü və ya daha çoxu. Gölün ətrafı da Ermənistan SSR ərazisində yerləşirdi”.


 
Баграмян 26” adlı Telegram səhifəsi bu bilgiləri verdikdən sonra çox önəmli etirafları da dilə gətirir: “Bundan sonra Ermənistan SSR-in bu əraziləri və ya onların bir hissəsi qanunsuz olaraq Sovet Azərbaycanına verildi. Ancaq bundan sonra da "Sev Liç" in və İşxanasarın böyük bir hissəsi Ermənistan SSR ərazisində qaldı”.
 
Göründüyü kimi, Dağlıq Qarabağın özlərinə məxsus olduğunu sübuta yetirmək üçün guya minillər öncə yaşamış qondarma kral Tigranın 40 illik hakimiyyəti dövrünü əldə rəhbər tutan ermənilər indi də 1932-ci ilin xəritəsinə istinad edirlər. Halbuki, həmin vaxtlar sözügedən xəritənin doğru cızıldığı belə, bəlli deyil. Bəlkə də məhz bu səbəbdən daha sonra xətirədəki səhvliklər düzəldilmiş və bu gün Azərbaycan əsgərlərinin post qurduğu ərazilərin dəqiq delimitasiyası aparılmışdır.


 
Ermənilərin Azərbaycan ərazisi üzərində vay-şüvən qoparmasının digər mühüm səbəbi də aydınlaşıb. Sən demə, İrəvandan Zəngəzur ərazisinə gedən magistral yol məhz bu ərazidən keçirmiş. Ermənilər bizim ərazimizi ələ keçirərək, Fars körfəzindən Aralıq dənizinə qədər ticarət yolu salmaq istəyirmişlər. Bu barədə həm İran, həm də Gürcüstan liderləri ilə gizli danışıqlar aparıb, bəzi qərarlar da çıxarıblar. İndisə Azərbaycanın öz dövlət sərhədlərini nəzarət altına alması ilə bu plan da Qaragölün bulanıq suyuna düşmüş olur.


Bu xəritə belə, ermənilər tərəfindən öz lehlərinə təhrif olunub. Yeni xəritələrdə Qaragölün 60%-i Azərbaycan ərazisinə düşür.
 
Maraqlıdır ki, Azərbaycan öz ərazilərinə nəzarəti bərpa etdikdən sonra Gürcüstan rəsmiləri saçlarını Tbilisidə isladıb, İrəvanda qırxdırıblar. İran rəsmilərinin isə başları bir aydan sonra keçiriləcək seçkilərə qarışdığından Qaragölün taleyindən hələ ki xəbərləri yoxdur. Yəqin, seçkilərdən sonra onlar da Fars körfəzi-Qara dəniz marşrutu ilə maraqlanacaqlar. Azərbaycan isə Zəngəzur dəhlizini açdıqdan sonra həm Tblisiyə, həm də İrana daha yaxşı alternativlər təqdim edə bilər. 
 
İrəvanın erməni şüvənliyinin əsas səbəbi məhz bunda gizlidir.
 
Tarix: 14-05-2021, 00:20
Xəbəri paylaş





Xəbər lenti