Dövlət Komitəsinin nümayəndə heyəti Dmanisiyə niyə getməyib? - AÇIQLAMA


Sosial şəbəkələrdə yayılan məlumata görə, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bu ölkənin dövlət qurumlarında, eləcə də Marneuli və Qardabanidə yaşayan soydaşlarımızla görüşlər keçiriləcək. Son zamanlar əsas gündəm mövzusu olan Dmanisiyə səfər barədə məlumat yoxdur.

Xatırladaq ki, Dmanisidə azərbaycanlılarla svanlar arasında qarşıdurma olub, bir neçə gün davam edən gərginlik tərəflərin barışması ilə sonlandırlıb. Ancaq bununla belə, Dövlət Komitəsinin nümayəndə heyətinin məhz həmin bölgəyə səfər etməməsi barədə xəbər narazılıqla qarşılanıb.

Səfərlə bağlı Cebhe.info-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı danışıb.

Onun sözlərinə görə, yayılan rəsmi məlumatdan başqa hələ başqa məlumatım yoxdur:

“Səfər davam edir. Dmanisi ilə bağlı da görüşlər keçirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızla bağlı məsələlərə həssaslıqla yanaşır və onların problemlərini daim diqqət mərkəzində saxlayır. Səfər çərçivəsində soyadaşlarımızın kompakt yaşadığı ərazilərdə görüşlər keçirilir, onların problemləri dinlənilir, dostluq və mehribanlıq şəraitində yaşamaq, ümumi fəaliyyət göstərmək istiqamətində danışıqlar aparılır. Nümayəndə heyətinin Gürcüstanın bir sıra dövlət orqanlarında görüşləri planlaşdırılıb”.
Tarix: 19-05-2021, 14:27
Xəbəri paylaş





Xəbər lenti