“Orjinal xəritədə yalnız Göyçə gölü və Vedibasarın ətrafı mübahisəli ərazi kimi göstərilir”



Sabiq təhsil naziri, türkoloq alim, professor Firudin Cəlilovla müsahibəni təqdim edirik:
 
- Firudin müəllim, son günlər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi həyata keçirilir. Siz bu istiqamətdə atılan addımlar və Ermənistan tərəfindən yaradılan maneələri necə qiymətləndirirsiniz?
 
- 44 günlük şanlı savaş bitmiş kimi görsənir. Amma əslində bu müharibə siyasi və diplomatik müstəvidə, habelə əsgərlərimizin tutduğu mövqelərdə davam edir. Mən erməni psixologiyasına dərindən bələd olduğum üçün sizə deyim ki, Şuşa şəhərində keçirdiyimiz toy-bayram əslində Xankəndində yaşayan ermənilərin canına vəlvələ salıb. Psixoloji baxımdan onlar Xankəndi daxil olmaqla hazırda yaşadıqları ərazilərdən köçüb getməyə hazırlaşırlar. Sadəcə bu psixoloji təzyiqləri gücləndirməyi və artırmağı vacib hesab edirəm. Ümid edirəm ki, bu cür də olacaq.
 
Konkret olaraq Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsinə gəldikdə, bunu müsbət və lazımlı proses hesab edirəm. Qeyd edim ki, 1991-ci ildə biz müstəqillik əldə edərkən, Azərbaycan Respublikasını bərpa edərkən konstitusiyada yazılıb ki, bu gün bərpa olunan Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan dövlətinin varisidir. Yəni bütün sərhədləri və göstəriciləri ilə həmin dövlətin davamıyıq. Deməli, həmin dövlətin sərhədlərini də bərpa etməliyik.
 
Yeri gəlmişkən, sizə bildirim ki, 1918-1920-ci illərdə mövcud olan dövlətin orjinal xəritəsini 1990-cı illərdə mən Parisdən gətirtmişdim. Xəritə fransız dildədir. Həmin xəritəni paylaşdım və Coğrfiya İnstitutunda da olmalıdır. Həmin xəritəni qarşıya qoyub sərhədlərimizi tanımalıyıq. Maraq üçün sizə deyim ki, sözügedən xəritədə Naxçıvan və Zəngəzir Azərbaycanın içindədir. Yən anklav kimi ortada deyil. Hətta Vedibasar, Göyçə gölünün ətrafı da xəritədə mübahisəli ərazi kimi qeyd edilib. Məncə, xırda məsələləri buraxaraq daha kökündən vurmalıyıq. Hesab edirəm ki, bunun həm psixoloji əhəmiyyəti var, həm təsirləri, həm də tarixi ədaləti məsələsi var.
 
- Hazırda erməni tərəfinin hərbi resursu olmasa da, diplomtik kanallar vasitəsilə delimitasiya prosesinə müqavimət göstərməsi mətbuatdan müşahidə olunur. Sizcə, onlar sona qədər müqavimət göstərəcəklər, yoxsa necə?
 
- Əslində sizi əmin edim ki, erməni tərəfinin müqaviməti içəridən deyil, dışarıdan gəlir. Yəni Fransa, Rusiya, İran və digər dövlətlərin agentira şəbəkəsi işləyir. İstisna etmirəm ki, Ermənistana xaricdən ağıl və ideyalar verirlər. Onların təklikdə belə addımlar ata biləcəyini zənn etmirəm.
 
Məsələn, bu günlərdə İran generallarının Ermənistana səfər etməsi, habelə İran mollalarının bəyanatlar verməsi açıq göstərir ki, bu məsələdə İran və Rusiyanın ermənilərə böyük təsiri var. Biz əslində onları da “vurnalıyıq”. Şəxsən məni düşündürən odur ki, sərhəd, torpaq mənimdir, erməni ilə mənim məsələm var. Bunun sənə nə aidiyyəti var, ümumiyyətlə sən niyə hətda açıqlamalarınla bu işə müdaxilə edirsən? Sənə bu icazəni kim verib? Düşünürəm ki, bu məsələlər dilə gətirilməlidir. Qardaşım, İran deyirsən, amma onun əhalisinin yarısından çoxu azərbaycan türküdür. Bax gör bölgədə kimi və nəyə görə müdafiə edirsən. Hesab edirəm ki, İranın bu kimi addımları mnasibətləri pozur. Hər halda bizim millət vəkillərimiz, deputatlaımız, politoloqlarımız da bu məsələyə diqqət etməlidir.
 
Eyni zamanda hesab edirəm ki, müharibə ritorikasını avam etdirməliyik. İstər hərbi, istər diplomatiya, istərsə də siyasi baxımdan. Erməni düşünməməlidir ki, məsələ bitdi və yenidən ravanş haqqında düşünə bilərlər.
 
- Ermənistan tərəfindən gələn məlumatlardan belə məlum olur ki, Azərbacan-Rusiya və Ermənistan formatında danışıqlar aparılır. Buna görə erməni müxalifəti Nikol Paşinyanı ittiham etməyə başlayıblar. Sizcə, orada nələr müşahidə oluna bilər?
 
- Əvvəla Ermənistanda seçkilər dövrüdür. Bu mərhələdə kim-kimi istəsə qaralayacaq, kim də kimi istəsə müdafiə edəcək. Bu onların daxili işidir və bizim də buna vaxt ayırmağımız doğru olmazdı. Öz problemləridir, özləri bilər.
 
Konkret olaraq həmin sənədə gəldikdə, mən yuxarıd qeyd etdiyim xəritəyə qayıtmaq istərdim. Onu ortaya qoyub demək lazımdır ki, bizim torpağımızda nə gəzirsiniz. Həmin xəritə fransız dilində nəşr edilib. Yəni bu xəritəni onların müttəfiqi Fransa da qəbul etməlidir. Məncə, bundan istifadə etmək lazımdır.
 
- Hansı səbəblərdən düşünürsünüz ki, Qarabağın bizim nəzarətimizdə olmayan ərazilərində məskunlaşan ermənilər oranı tərk etməyə başlayacaqlar?
 
- Əslində bu çox önəmli prosesdir. Şuşada festival olanda, havaya fişəng atılanda bunu Xankəndində rahatlıqla görürlər. Sizi əmin edim ki, bu səngər savaşından daha güclü psixoloji təsirə malikdir. Normalda səngədə əsgər-əsgərlə döyüşür. Halbuki onlarda əsgər yox, qanunsuz silahlı dəstələrdir. Amma bir də var sən şəhəri alırsan və orada böyük tədbir keçirdikdən sonra atəşfəşanlıq başlayır. Bunu da Xankəndində yaşayan erməni qadını, kişisi, uşağı, ağıllısı, dəlisi görür. Bilir ki, nə baş verir. Normalda da erməni qarşısında güc görəndə dovşana çevrilir, amma arxasında aslan olanda canavara dönür. Bu onların bəlli etnik özəlliyidir.
 
- Və siz hesab edirsiniz ki, ermənilər indi Qarabağda yaşadığı ərazilərdən çıxıb gedəcək...
 
- 44 günlük müharibə bitəndə və bölgəyə rus sülhməramlıları gələndə bir sıra insanlarımız narahat olmuşdu, düşünürdülər ki, rus əsgərlərinin bura gəlməsi qələbəmizin oğurlanmasıdır və s. O zaman mən açıq bəyan etdim ki, narahat olmayın, ən doğrusu budur. Rus əsgəri bu gün var, sabah yoxdur. Biz tədricən məsələləri həll edəcəyik və sonda Qarabağ məsələsi birdəfəlik gündəmdən çıxacaq. İndi bunun nəticələri tədricən ortaya çıxır.
 
Bəli, 10 noyabr razılaşmasından sonra biz gördük ki, Xankəndinə daha çox erməni gətirmək istəyirlər. İrəvana qaçanların hamısını gətirmək istəyirdilər. Ancaq nə qədər gətirsələr də, tarix boyu erməni xalqının vətəni olmayıb. Hansı ölkədə dolanmaq üçün şərait olubsa, gedib orada yaşayıb. Bu səbəbdəndir ki, ermənilər hazırda bütün dünyaya dağılıb. Erməninin tarixən torpağa bağlılığı yoxdur. Onlar orada-burada yaşmaqla gününü keçiriblər. Bu mənada Qarabağda sıxıldıqca köçüb gedəcəklər. Ehtimal edirəm ki, daha çox Rusiya, Fransa və Amerikaya üz tutacaqlar. Bu ciddi proses olacaq və bizim xeyrimizə olan haldır. Hesab edirəm ki, əslində bu prosesin birinci mərhələsi başlanılıb.
 
Teleqraf
Tarix: 20-05-2021, 23:22
Xəbəri paylaş





Xəbər lenti