Gürcüstan qonşuları ilə sərhədləri açır - Abaşidze



Gürcüstan qonşuları ilə quru sərhədlərini açmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

“Biz quru sərhədlərinin açılmasına hazırlaşırıq, bizim nümayəndələrimiz artıq bu barədə açıqlamalar veriblər.

Dəqiq tarix demək çətindir, amma qonşularımızla quru sərhədlərinin açılmasına hazırlıq gedir”, - Abaşidze bildirib.

Qeyd edək ki, ötən həftə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava ölkəsinin quru sərhədlərini açmağı planlaşdığını bildirmişdi.



Tarix: 21-05-2021, 23:18
Xəbəri paylaş





Xəbər lenti