Paşinyanın arvadı Gorusa nə məqsədlə gəldi?..-FOTOLAR

Paşinyanın arvadı Gorusa nə məqsədlə gəldi?..-FOTOLAR
Nikol Paşinyanın həyat yoldaşının  Zəngəzura səfəri sosial şəbəkələrdə ziddiyyətli reaksiyalara səbəb olub.
 
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Armenian Report” nəşri yazıb.

“Ermənistan baş naziri Nikol Paşinyanın  arvadı Anna Akopyan parlament sədrinin müavini Lena Nazaryanın müşayiəti ilə Gorusdakı məktəbin idman zalının açılış mərasimi üçün Sünikə gedib. Onlar məktəb şagirdləri ilə şirkətlərdən birinin işçiləri arasında baş tutan basketbol oyununda da iştirak ediblər” - xəbərdə belə deyilir.
 
Halbuki, digər nəşrlərin yazdığına görə,  həmin idman zalının açılışı xeyli əvvəl Sünik qubernatoru tərəfindən edilib.
 
Sosial şəbəkə istifadəçiləri Annanın Zəngəzur səfərini birmənalı qarşılamayıb və xoşagəlməz şərhlər yazıb: 
 
“Sıra Sünikə çatdı”, “Türklərə vermək üçün təmir edirsiniz?”, “Sünikə hansı vicdanla gedirsiniz?”. 
 
Ancaq Paşinyan və arvadı haqqında müsbət fikirlər və tərifli şərhlər yazanlar da olub.  
 
Sultan Laçın

Tarix: 22-05-2021, 09:31
Xəbəri paylaş





Xəbər lenti