ÜST-ün peyvənd “planı”: Hansı ölkə “plan”ı necə yerinə yetirib? - TƏQDİMAT


ÜST-ün peyvənd “planı”: Hansı ölkə “plan”ı necə yerinə yetirib? - BİZİM TƏQDİMAT

Koronavirusdan qurtulmanın əsas ümid yeri olan COVID-19 əleyhinə peyvənd kampaniyası bütün dünyada sürətlə davam edir.
Peyvənd kampaniyalarının tətbiq olunma faizi nəzərdən keçirildiyi zaman ölkələr arasında böyük fərqlər müşahidə olunur.
İndiyə qədər dünyanın 222 ölkə, bölgə və əyalətində 1.67 milyard dozadan çox COVID-19-a qarşı peyvənd vurulub.
Vaksinasiyanın sürətləndirilməsini istəyən Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələri sentyabr ayına qədər əhalisinin ən az 10 faizini peyvənd olunmağa çağırıb.
Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında çıxışında ÜST rəhbəri Adhanom Qabreyesus bildirib ki, ilin sonuna qədər ölkələrdə əhalinin 30 faizi peyvənd olunmalıdır:
“Bunun pandemiya ilə mübarizədə mühüm təsirləri olacaq”.
Rəqəm olaraq, ABŞ, Çin, Hindistan, İngiltərə, Braziliya, Almaniya, Fransa və İtaliya ən çox peyvəndlənmə həyata keçirən ölkələrdir.
Əhalisinin əksəriyyətini peyvənd edənlərin siyahısına Cəbəllütariq, Seyşel Adaları, Butan və Falkland adaları kimi əhalisi kiçik olan dövlət və inzibati vahidlər başçılıq edir.
Daha çox əhaliyə sahib ölkələrə baxanda isə Hindistan, İngiltərə, ABŞ, Kanada, Çili və Almaniya bu siyahının başındadır.
Maraqlıdır ki, indiyədək ölkələrdə əhalinin neçə faizi peyvəndlənib?
Cebhe.info bununla bağlı araşdırma aparıb.
*Mayın əvvəlinə olan məlumata görə, Azərbaycanda ümumi əhalinin 10 faizi COVID-19-a qarşı peyvənd olunub.
*Avropada koronavirusdan ən çox təsirlənən İngiltərədə əhalinin 56 faizi peyvəndlənib.
*Malta səhiyyə naziri Çris Fearn ölkədəki yetkin əhalinin 70 faizinin ən azı bir doza peyvənd qəbul etdiyini söyləyib. O bildirib ki, artıq kütləvi immun sistemi formalaşıb.
Beləliklə, Malta, yazın sonuna qədər Avropa Birliyi Komissiyası tərəfindən təyin olunan yetkin əhalinin 70-inin peyvənd edilməsi məqsədinə çatan ilk ölkə olmağı bacarıb.
*Maltada virusa qarşı “Pfizer-Biontech”, “AstraZeneca”, “Moderna” və “Johnson & Johnson” peyvəndləri istifadə olunur.
*Türkiyədə isə əhalinin 17,7 faizi peyvənd olunub. Bu, ən azı 1 doza tətbiq üçün qeyd edilən rəqəmdir.
*İndiyədək ABŞ əhalisinin 44 faizinə vaksinin bir dozası, 31 faizinə isə iki dozası vurulub.
*İsraildə əhalinin 60 faizinə hər iki doza tətbiq edilib.
İsrail peyvənd şirkətləri ilə razılaşmalar nəticəsində ümumilikdə 24 milyon doza koronavirus peyvəndi alaraq ölkə daxilində əhalisi 100 faiz vaksinasiya edilən ilk ölkə olub. Bu faiz peyvəndin birinci dozasına aiddir.
*Gürcüstanda əhalinin koronavirusa qarşı peyvəndlənməsi yetərincə getmir. Ölkədə peyvəndləmə martın 15-də başlayıb. Bu günədək 81 min 76 nəfər vaksin olunub. Onların da yalnız 13 min 507-si vaksinin ikinci dozasını qəbul edib.
*Monqolustanda isə əhalinin 55-i peyvənd edilib.
*Hal-hazırda Macarıstan, Çili, Kanada və Bəhreyn kimi ölkələrdə əhalinin 50 faizindən çoxu peyvəndlənib.
*Fransa, Almaniya, Polşa, İspaniya və İtaliyada əhalinin 30 faizindən çoxu peyvəndin ilk dozasını vurdurub.
Naibə
Cebhe.info
Tarix: 26-05-2021, 23:32
Xəbəri paylaş





Xəbər lenti