"Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr çox təhlükəlidir"


“Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr çox təhlükəlidir, aydındır ki, indi Ermənistan tərəfdə baş verən bütün hadisələr bir məqsədə - 20 iyun seçkilərinə hesablanıb. Paşinyan da, rəqibləri də hər sözü, hər addımı seçkilər prizmasına görədir”.
 
Siam.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.
 
N.Cəfərli bildirib ki, Paşinyan nə orduda, nə də təhlükəsizlik sistemində tam söz sahibi deyil, bu strukturlara tam nəzarət edə bilmir, bu orqanlar "Qarabağ klanı"nın, daha çox isə Moskvanın adamları ilə doludur: “Nikolun rəqibləri sərhəddə gərginliklər yaratmaqla, "ölkə özünü qoruya bilmir, vətən əldən gedir, Paşinyan torpaqları satır", görüntüsü yaratmaq istəyirlər. Çox təhlükəli vəziyyətdir, sərhəddə olan əsgərlərimiz, igidlərimiz diqqətli olmalıdır, ermənilər tez-tez provokasiya edəcək, əsəblərimizlə oynayacaq ki, kimsə dözməsin, silah çəksin, bir neçə nəfər Ermənistan əsgərini öldürsün, məhz o zaman İrəvanda Nikolun rəqibləri siyasi şouya başlayacaqlar. Son hadisələr bir daha göstərdi ki, çox tezliklə sərhədlərin dəqiqləşdirilməsi məsələsi başa çatmalı, Ermənistanla sərhədimiz istehkamlara çevrilməli, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq heç kəsin ağlından belə revaşist fikirlər keçməməli, sərhəddə quracağımız təhlükəsizlik sistemi dünyada ən yaxşılardan olmalıdır. İşimiz çoxdur, 400 km-dən çox Ermənistanla yeni sərhəd zolağımız yaranıb, hələ İranla da 130 km-dən çox işğaldan azad edilmiş  sərhəd xəttimizi möhkəmləndirməliyik...”Pravda.az
Tarix: 27-05-2021, 08:18
Xəbəri paylaş





Xəbər lenti