Deputatın Şuşa ilə bağlı sualına vitse-spiker cavab verdi


Deputatın Şuşa ilə bağlı sualına vitse-spiker cavab verdi
Əli Hüseynli: “Şuşa şəhərində hazırda prezidentin xüsusi nümayəndəsi idarəçiliyi həyata keçirir”
 
“Şuşa mədəniyyət paytaxtı və qoruq şəhər elan edilir. Onun idarəsi publik hüquqi şəxsə tapşırılır. Bəs şəhərdə icra hakimiyyəti və digər idarəetmə strukturları saxlanılacaqmı?”.
 
AYNA-nın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
 
Millət vəkili qeyd edib ki, bu məsələlər hələ də dəqiqləşdirilməyib: “İdarəetmənin formasını dəyişmək Milli Məclisin səlahiyyətində deyil. Amma yerlərdə idarəetməni həyata keçirən icra hakimiyyəti və bələdiyyələrin aqibətinin necə olacağı aydın deyil”.
 
Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli isə deputatın sualına cavabında qeyd edib ki, həmin qurumların fəaliyyəti yerində qalacaq: “Şuşa şəhərində hazırda prezidentin xüsusi nümayəndəsi idarəçiliyi həyata keçirir. Eyni zamanda, publik hüquqi şəxs yaradılıb. Bu təsisat yalnız qoruğun idarəçiliyinə məsuldur”.
Tarix: 27-05-2021, 15:42
Xəbəri paylaş





Xəbər lenti