Şuşaya giriş-çıxışa nəzarət ediləcək? – Milli Məclis qanun layihəsini qəbul etdi



Azərbaycan parlamenti mayın 31-də “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini qəbul edib.
Azərbaycan Prezidentinin Milli Məclisə tövsiyə etdiyi qanun layihəsində təklif edilir ki, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılsın və giriş-çıxış tənzimlənsin.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu ilin mayında Şuşa mədəniyyət paytaxtı elan edilib.
Şəhər 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ötən ilin payızında başlamış 44 günlük müharibənin son günlərində azad edilib və Şuşanın azad edildiyi 8 noyabr günü ölkədə Zəfər Bayramı kimi təsis olunub.
Parlamentin qəbul etdiy layihədə göstərilir ki, Şuşada dövlət siyasətinin əsas istiqamətləri şəhərin bərpasını, yenidənqurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək, burda yerləşən abidələri bərpa və mühafizə etmək, o cümlədən şəhərdə turizmi, sahibkarlığı, mədəni fəaliyyəti inkişaf etdirməkdir.
Qanunda göstərilir ki, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilsin və onlardan istifadə təşviq edilsin.
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar, qanun layihəsində gösərilib.
Azərbaycanda indiyə kimi hansısa bir şəhərin bütöv ərazisi qoruq sayılmayıb. Yalnız Bakının İçərişəhər hissəsi tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Buna görə də, İçərişəhərdə nəqliyyatın giriş-çıxışı məhdudlaşıb.
İçərişəhər ərazisində foto, video və kino çəkilişlərin aparılması da müvafiq qaydalara görə tənzimlənir, yəni, bunun üçün qoruq rəhbərliyinin xüsusi icazəsi tələb edilir.
Bbc. com
Tarix: 1-06-2021, 08:09
Xəbəri paylaş





Xəbər lenti