Rusiya Ermənistan sərhədinin Laçın və Kəlbəcər hissəsinə öz qoşunlarını yerləşdirəcək?.. - NƏ BAŞ VERİR?


“Paşinyanın Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirmək üçün ATƏT-in Minsk qrupuna təklifi Rusiyanı aktiv addımlar atmağa sövq etdi. Və Moskva güc tətbiq edərək vəziyyəti nəzarətə götürdü”.
Moderator.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “Qraparak” qəzeti yazır.

“Rusiya tərəfi Ermənistan ərazisində digər ölkə sülhməramlıların yerləşdirilməsindən narahatdır. Xarici İşlər naziri Ayvazyanın istefasının da Müdafiə naziri Vaqarşak Arutyunyanın Moskvaya səfərindən sonra baş verməsi təsadüfi deyil. Müdafiə nazirinin Moskvada hansı təlimatları aldığı hələ dəqiq deyil. Lakin son günlərdə Geğarkunik sərhədlərində rus sülhməramlıları müşahidə edilib” –erməni nəşrindəki materialda daha sonra belə deyilir.

Zəruri şərh:

Xatırladaq ki, xəbərdə Rusiya hərbçilərinin bu günlərdə göründüyü “Geğarkunik sərhədləri” dedikdə söhbət Azərbaycanın qədim Basarkeçər mahalının indi “Kut” adlanan Kəlbəcərin Yuxarı Ayrım kəndi ilə həmsərhəd Zərgərkənd kəndi ərazisindən gedir. Onu da qeyd edək ki, dünən Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski ilə görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, həmçinin sərhəd zonasının bəzi hissələrinin minalardan təmizlənməsi məsələlərini müzakirə ediblər. Görünür, Rusiya tezliklə ən azı, Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ilə sərhədə öz qoşunlarını yerləşdirməyə hazırlaşır...
Tarix: 2-06-2021, 09:27
Xəbəri paylaş





Xəbər lenti