İctimai Şuralar qazanc mənbəyinə çevrilib: Dövlət qurumlarına və QHT-lərə etiraz


İctimai Şuralar qazanc mənbəyinə çevrilib: Dövlət qurumlarına və QHT-lərə etiraz





“Hazırda mövcud olan və yeni yaradılan ictimai şuraların böyük əksəriyyəti “İctimai iştirakçılıq haqqında” qanunla nəzərdə tutulan məqsədlərə xidmət etmir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Huqüq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov bildirib.
QHT sədrinin sözlərinə görə, araşdırmalar göstərir ki, ictimai şuralar tərəfindən təşəbbüslər göstərilmir, təkliflər və tövsiyyələr verilmir, qərarların qəbulunda iştirak edilmir, ictimai nəzarət ya yoxdur, ya da imitasiya xarakter daşıyır: “İctimai Şuralar indiyədək hansı ictimai müzakirələrdə və ictimai dinləmlərdə iştirak ediblər, hansı təkliflərlə çıxış ediblər, hansı qərarların qəbul edilməsinə töhfələr verə biliblər? Bu və ya bu kimi sualların bir cavabı var: Heç birində...
Ona görə də hesab edirəm ki, cəmiyyətə və dövlətə bu cür ictimai şuralar lazım deyil. Bir qədər də irəli gedib deyərdim ki, belə ictimai iştirakçılıq cəmiyyət və dövlət üçün artıq yükdür. İndi bir qrup insanlar qeyri-hökumət təşkilatları adından demək olar ki, bəzi kiçik fərqliliklə, bütün ictimai şuralarda təmsil olunurlar. Sosial mediada gedən müzakirələr göstərir ki, bu cür təmsilçilik daha çox kommersiya maraqları xarakteri daşıyır və müvafiq dövlət qurumunun imkanlarından faydalanmaq məqsədini güdür. İndi elə bir vəziyyət yaranıb ki, indiki ictimai şuraların özünə ictimai nəzarət lazımdır”.
H.Həsənov bildirib ki, ictimai şuralara seçkilərin qaydaları dəyişdirilməli, seçkilər müvafiq dövlət qurumlarının asılılığından və nəzarətindən çıxalımalıdır: “Eyni zamanda maraqlar toqquşmasının aradan qaldırılması ilə bağlı müvafiq dövlət qurumunun yanında yaradılan ictimai şuralar həmin dövlət qurumundan sosial sifarşli layihələr, qrantlar və birbaşa və dolayısı ilə maliyyə yardımları almamalıdırlar”.
Tarix: 5-06-2021, 08:31
Xəbəri paylaş





Xəbər lenti