“Azərbaycan terrorçuları həbs edib dünyaya nümayiş etdirə bilsə...” - Rəsul Quliyev



“Jurnalistlərin minaya düşməsi terrorçular tərəfindən həyata keçirilib, terroru təşkil edən komanda məlumdur. Terroru təşkil edənləri Ermənistanın içərisində hakimiyyəti ələ keçirmək üçün istənilən cinayəti törədə biləcək şəxslərin arasında axtarmaq lazımdır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
 
Sabiq spikeri qeyd edib ki, Ermənistanda prezident kürsüsünü ələ keçirən kimi Azərbaycanın işğal altında olan kənd və şəhərlərini viran qoyan Köçəryanın intiqamçı xarakteri son illər daha da güclənib: “Azərbaycanlılara qarşı terror aktları seçkilərə qədər daha da güclənə bilər. O, Azərbaycanın əks hücuma keçib bir neçə kəndi tutacağına ümid edir. Nəticədə həm Rusiyanı məsələyə qatmaq, həm də daxildə silahlı çaxnaşma salmaqla hakimiyyəti ələ keçirmək, müvəqqəti hökumət yaratmaq və seçkiləri 2-3 ildən sonra keçirmək qərarını qəbul etdirmək istəyir. Azərbaycan öz ərazisində terrora qarşı nəzarəti gücləndirməlidir. Azərbaycan terrorçuları həbs edib dünyaya nümayiş etdirə bilsə, çox effektli olar. Paşinyan öz ölkəsinin daxilində terrorçuları və onu təşkil edənləri zərərsizləşdirməzsə, vəziyyəti ağır olacaq, 20 iyun seçkiləri baş tutmaya bilər”.
Tarix: 6-06-2021, 08:29
Xəbəri paylaş





Xəbər lenti