Erməni polkovnik: “Mina xəritələrini Azərbaycana bir şərtlə verə bilərik”

Ermənistan Qarabağda basdırılmış minaların xəritəsini vermək üçün Azərbaycana şərt irəli sürüb.
 
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, polkovnik Koryun Qumaşyan televiziya vasitəsilə çıxışı zamanı xəritələri yalnız erməni diversantların qaytarılması qarşılığında verə biləcəklərini deyib:


“Mina xəritələrini verməyə hazırıq. Amma bunun üçün bircə şərtimiz var: bütün əsirlərimiz azad olunmalıdır. Biz həmin əraziləri ağılla minalamışıq. Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik. Əgər onlar Rusiya, yaxud İngiltərədən mütəxəssislər gətirsə belə, heç nə alınmayacaq. Orada bəzi ərazilər zəncirvari minalanıb”- deyə erməni polkovnik bildirib.
Tarix: 7-06-2021, 15:50
Xəbəri paylaş





Xəbər lenti