Rusiyalı hərbçilər Qarabağda erməni məktəblilərinə dərs keçirlər - "Sülhməramlı" belə olurmuş... BİLMİRDİK!


Rusiya pedaqogikasında yeni mərhələ və ya Qarabağda yay məktəbi

Hurriyyet.org xəbər verir ki, rusiyalı sülhməramlılar Qarabağdakı erməni məktəbliləri üçün interaktiv dərslər keçirlər. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu gün – iyunun 19-da rusiyalı hərbçilər Qarabağın Xocavənd rayonundakı erməni məktəblilər üçün tətil dövründə təhlükəsizlik qaydalarına riayət üzrə növbəti interaktiv dərs keçiblər.

Erməni məktəblilərinə döyüşlərin keçirildiyi rayonlardakı təhlükələrdən (daha doğrusu, ermənilərin özlərinin Qarabağ torpağının hər qarışında yerləşdirdikləri minalardan) qorunmaq qaydalarından danışılıb. Rus hərbçilər praktiki nümunə ilə ilk tibbi yardın dərsləri veriblər.

Zabit Çermen Dzutsev deyib: “Bu, artıq keçdiyim dördüncü dərsdir. Uşaqlar həmişə məni diqqətlə dinləyirlər. Onlara ilkin tibbi yardımı öyrətmək istəyirəm, çünki, bu həyatda və məişətdə lazım olur”.

Rusiyalı hərbçilər erməni uşaqlara partladıcı əşyaların əsas növlərinin təsvirlərini də göstəriblər.
Tarix: 19-06-2021, 14:33
Xəbəri paylaş





Xəbər lenti