“Qaydalar o qədər sərtdir ki, sanki “toyların keçirilməsinə icazə verilmir” anlamına gəlir” - Natiq Cəfərli



"Qaydalar o qədər sərtdir ki, sanki “toyların keçirilməsinə icazə verilmir” anlamına gəlir".
 
Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Nazirlər Kabineti yanında Operativ Qərargahın mərasimlərin təşkil edilməsi ilə bağlı qərarı barədə danışarkən deyib.
 
N.Cəfərlinin sözlərinə görə, vətəndaşlar bu rəsmi qaydalara uyğun olaraq mərasim təşkil etməkdə çətinlik çəkəcəklər: "Toyların keçirilməsinə icazə verildiyi üçün koronavirusa yoluxma sayında artım olacağına dair ehtimallar yoxdur. Çünki şükürlər olsun ki, ölkədə vaksinasiya prosesi sürətli və təlimatlara uyğun şəkildə aparılır. Yaşı 18-dən yuxarı olanların bəlkə də yarısı vaksin vurdurub. Ona görə də, toyların keçirilməsinə qoyulan məhdudiyyətin ləğv edilməsinin yoluxma sayına ciddi təsir edəcəyini düşünmürəm. Həmçinin qaydalar o qədər sərtdir ki, fikrimcə, mərasimlər düşündüyümüz qədər çox təşkil edilməyəcək".
 
Qeyd: Azərbaycanda iyulun 1-dən etibarən toy mərasimlərinin təşkilinə qoyulan qadağa aradan qaldırılır.
Tarix: 22-06-2021, 21:48
Xəbəri paylaş





Xəbər lenti