AMEA-da ara qarışdı – Ramiz Mehdiyev də yola salınır, İSTEFA ƏRİZƏSİ YAZILDI



AMEA-da ara qarışdı –
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bir neçə gündən sonra rəsmən vəzifəsindən istefa verəcəyi, həttda artıq ərizəsini də yazdığı bildirilir.

GUNinfo.az xəbər verir ki, bu haqda Azadinfo.az-a özəl mənbədən bildirilib.

Mənbənin məlumatına görə, R. Mehdiyevin istefa verməsi səhhətində yaranmış ciddi problemlərlə bağlıdır:

“Ramiz müəllim artıq işləyə bilmir. Bəzən günlərlə, bəzən də aylarla işə gəlmir. Təxminən 1 aydır söhbət gedir ki, sentyabr ayının sonuna qədər R. Mehdiyevin vəzifədən getməsi gözlənilir”.

Mənbənin sözlərinə görə, R. Mehdiyevin vəzifədən getməsi ilə bağlı xəbərlərin olması AMEA-da qarışıqlıq yaradıb:

“AMEA-da problemlər hər gün daha da artır. Kim nə istəsə onu da edir. Rəhbərlikdə gedən intiriqalar artıq ciddi problemlərə yol açıb. Gənc alimlərin qabağa getməsinə də mane olurlar. Ramiz müəllimin vəzifədən getməsi xəbəri vəziyyəti daha da ağırlaşdırıb”.

Mənbə həmçinin, Ramiz Mehdiyevin yerinə gələcək şəxsin kimliyinin də bəlli olduğunu bildirib.
Tarix: 28-06-2021, 09:24
Xəbəri paylaş





Xəbər lenti