“Hər şeyin qiyməti qalxsın, o qədər qalxsın ki, artıq dözə bilməyək” - Aysel Əlizadə



“Aylardır, heç bir verilişə çıxmıram. Bu dəfə də üzüm gəlmədi yox deməyə, Elçin bəyin (Elçin Əlibəylini nəzərdə tutur-red) xətrinə getdim. Aləm dəydi bir-birinə. Başım çıxmır niyə belə olur. Müsahibə verirəm aləm qarışır, proqrama çıxıram partladır, canlı yayın açıram yenə eyni həngamə qopur. Sözün düzü, başım götürmür belə hay-həşiri, neçə vaxtdır, çalışıram, sakitcə həyatımı yaşayım”.
 
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.
 
A.Əlizadə bildirib ki, sosial şəbəkədə az paylaşım edir, proqramlara çıxmır, dinclik istəyir: “Yazıçı Umberto Eko müsahibəsində belə bir cümlə işlətmişdi: “İndi yalnız ağıllı adamlarla ünsiyyətə girirəm”. Onda ürəyimdə qınamışdım onu. O yetkinlikdə o miqyasda adam niyə cəhalətə dözümsüz yanaşır, bəs maarifçilik, bəs o, bəs bu? İndi özüm onun yaşına çatmamış hiss edirəm ki, cəhalətə səbrim çatmır, izah eləməyim də gəlmir. Kimi xilas etmək mümkündüsə etmişəm, qalanlarına da dövlət bir çarə tapsın. Sosial durumu düzəltsin, oxutsun, nə bilim proqramlar gerçəkləşdirsin, əlindəki resurslarla xurafatın qarşısını alsın, güclü müəllimlər ordusu yaratsın, dünyəvi insan yetişdirmək üçün tədbirlər görsün. Təzə qaz tarifimiz də mübarək. O qız düz deyir. Hər şeyin qiyməti qalxsın. O qədər qalxsın ki, artıq dözə bilməyək”.
Tarix: 2-07-2021, 00:13
Xəbəri paylaş





Xəbər lenti