Şeyxin müdafiəsinə qalxdı: Türkiyə və İranın müstəsna rolu oldu

Hüquq müdafiəçisi Şeyxin müdafiəsinə qalxdı:
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “açıqlamasında “əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm.
 
Ayətullah Xomeneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, - deyə bildirib.  Buna görə də sosial şəbəkələrdə daha çox dindar olmayanlar tərəfindən tənqid atəşinə tutulub. 
 
Mən şeyxülislamı çox tənqid etmişəm. Lakin bu halda onun tənqid olunması ilə ölçülən deyil. Əvvala şeyx dini liderdir və dindarlar adından danışır. Dindarların da şübhəsiz ki əksəriyyəti şeyxülislamın bu  fikiri ilə  razıdır. İkincisi müharibə zamanı əsgərlərimizdən  eşitdiyiniz "Allahu əkbər"  sədalarını, dini çağırışları  niyə belə tez unutdunuz? 
 
Hec şübhəsiz ki, müharibə zamanı əldə olunan birlikdə dini faktor müstəsna rol oynadı və bu birliyin əldə olunmasında qonşu Türkiyə və İranın da müstəsna rolu oldu. Yaxşı ki,  ölkə başçısı da bu faktordan yetərincə istifadə edə bildi.
 
Əlövsət Əliyev, Almaniyada yaşayan hüquq müdafiəçisi

Tarix: 22-07-2021, 10:02
Xəbəri paylaş





Xəbər lenti