Azərbaycanın axtarışa verdiyi Rusiya milyarderi hələ də Qarabağda ermənilərə ev tikdirir?..



Azərbaycanın axtarışa verdiyi Rusiya milyarderi hələ də Qarabağda ermənilərə ev tikdirir?..
O, 2015-ci ildən başlatdığı proqrama uyğun olaraq  2020-ci ilədək işğal altındakı Azərbaycan torpaqlarında 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq 4 min dollar ödəyib...
 
İyunun 18-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan etdiyi Rusiya Federasiyasında təsis edilmiş və fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan hələ də Azərbaycanın Yuxarı Qarabağ  ərazisində tikinti ilə məşğuldur.

Moderator.az xəbər verir ki,  Xankəndindəki separatçı nəşrlərin yazdığına görə, bu haqda  erməni mediasına müsahibəsində Qarabağdakı separatçı-terrorçu rejim tör-töküntüsünün qanunsuz “şəhərsalma” naziri sayılan Aram Sarkisyan danışıb. 
 
A.Sarkisyanın sözlərinə görə, “Taşir” şirəkətinin rəhbəri Samvel Karapetyan Qarabağda köçkün ermənilər üçün qəsəbə tikmək arzusunu ifadə edib.
 
Zəruri şərh: 
 
Məşhur “Forbes” nəşrinin açıqladığı hesabata görə Samvel Karapetyan 4,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları sıralamasında 568-ci, Rusiyanın ən varlı adamlarının siyahısında isə 29-cu sırda yer alıb.
 
Samvel Karapetyan 18 avqust 1965-ci ildə Ermənistanın SSR-nin Kalinino (Taşir) rayonunda anadan olub. 1992-ci ildə Rusiyaya köçüb. 1997-ci ildə Kaluqa şəhərində istehsal, inşaat, enerji,  tədarük və satış  şirkətlərini özündə birləşdirən “Taşir” şirkətlər qrupunu yaradıb. Samvel Karapetyan hazırda tərkibində  ticarət mərkəzləri, otellər, yaşayış binaları, kinoteatrlar, pərakəndə satış şəbəkələri və restoranların da olduğu ümumilikdə Rusiya iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox şirkətə rəhbərlik edir.

Rusiyadan başqa Samvel Kaerapetyanın Ermənistan və Gürcüstanda da böyük biznes layihələri var. Hazırda Gürcüstanın enerji bazarında böyük paya sahib olan "Kaskad Gürcüstan" şirkətinin səhimlərinin 95%-i Rusiyanın "Kaskad Enerqo Bit" şirkətinə məxsusdur. "Kaskad Enerqo Bit" şirkəti isə Samvel Karapetyanın sahibi olduğu "Taşir" şirkətiə bağlıdır.
 
Qeyd edək ki, ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiyalı iş adamları arasında Samvel Karapetyanın da adı var.
 
Samvel Karapetyan 2000-ci ildə “Taşir” Xeyriyyə Fondunu qurub.
2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini Samvel Karapetyan ödəyib.
4 avqust 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra Samvel Karapetyan Beyrut ermənilərinə dəstək verəcəyini elan edib və zədələnən Müqəddəs Gevorg Kilsəsinin bərpasına 200 min dollar ayırıb.

Rusiya milyarderi Samvel Karapetyan son 15-20 il ərzində  işğal altındakı Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin dayaqlarını möhkəmlətmək üçün böyük “xeyriyyə” işləri görüb. Moderator.az bu haqda dəfələrlə məlumat verib. 
 
Məsələn, S.Karapetyan Xankəndi hava limanının qanunsuz tikintisinə 10 milyon dollardan artıq vəsait köçürüb. 
 
O, 2015-ci ildən başlatdığı proqrama uyğun olaraq  2020-ci ilədək işğal altındakı Azərbaycan torpaqlarında 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq 4 min dollar ödəyib. 
 
Son illərdə “Taşir” şirkətlər qrupu Xankəndindəki Xankəndi şəhərində keçmiş “Oktyabr” kinoteatrının yerində yeni böyük istirahət-əyləncə mərkəzi tikintisini maliyyəşdirirdi. Və s. və i.a.
 
Məlumat üçün onu da qeyd edək ki, Samvel Karapetyan Azərbaycan Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir.
 
Onu da xatırladaq ki, bu il iyunun 18-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Yuxarı Qarabağda döyüş əməliyyatlarında silah, döyüş sursatı və hərbi texnikanın qaçaqmalçılığının təşkili ittihamı ilə “Taşir” şirəkətinin rəhbəri Samvel Karapetyandan əlavə, “Komeks” şirkətinin baş direktoru və eyni zamanda Rusiya Ermənilənr İttifaqının rəhbəri Ara Abramyan “və “”Royal encineringin” rəhbəri Davit Qalustyan barəsində beynəlxalq axtarış elan edilib.
 
Faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
 
Sultan Laçın

Tarix: 27-07-2021, 09:29
Xəbəri paylaş





Xəbər lenti