Azərbaycana yenə isti hava qayıdır?-“Bu vəziyyət bir həftədən çox çəkməz” - AÇIQLAMA


Azərbaycana yenə isti hava qayıdır?-“Bu vəziyyət bir həftədən çox çəkməz” - AÇIQLAMA

İsveçrədə, Sürixin Ali Texniki Məktəbində aparılan tədqiqat zamanı Yer kürəsində temperatur artımının sürətləndiyi bildirilib, ən yaxın onilliklərdə uzunmüddətli istilərin intensiv müşahidə ediləcəyi proqnozlaşdırılıb.
Tədqiqatın iştirakçısı Erik Fişer qarşıdakı onilliklərdə istilərin rekordları üstələyəcəyini, buna hazırlaşmalı olduğumuzu diqqətə çatdırıb.
Alimlər tədqiqatın gedişatında həmçinin müəyyənləşdiriblər ki, qeyri-adi isti hava istixana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər.
Qazların buraxılması göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər.
Tədqiqatçılar qeyd ediblər ki, Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır.
Bu, əvvəlki 40 ildə müşahidə olunandan daha sürətlidir.
Ölkəmizdə də bu il daxil olmaqla artıq neçə illərdir ki, anomal isti havaların hakim olması düşündürücüdür. Neçə gündür ki, havaların yarıisti və yarıbürkü, həmçinin də yarıküləkli olması müşahidə olunur. İstilərin ardından gələn bu hava axınının nə qədər davam edəcəyi və səbəbləri maraqlıdır.
Cebhe.info-nun suallarını ekoloq Telman Zeynalov cavablandırıb. O, insanları istilərin yenidən gələcəyi xəbərlərinə inanmamağa çağırıb: “İndiyədək bununla bağlı heç kəs düz proqnozu bir həftədən artıq verə bilmir. Amerikalı alimə sual verirlər ki, sabah hava necə olacaq? Deyir ki, üzr istəyirəm, mən bunu sabah yox, biri gün deyə bilərəm. Çünki onu dəqiq öyrənə və deyə bilməz. Biz dərindən Yer kürəsinin nədən əmələ gəldiyini hələ öyrənməmişik. Yer kürəsində gedən əsas proseslərin nə olduğunu tam bilmirik. Kimin ağlına nə gəlir, onu da danışır. Bununla da insanlaırn psixologiyasına zərbə vurub, gələcək nəsli çaş-baş salırlar."
Ekoloq bildirib ki, dünyada iki nəhəng istiqamət, külək var: “Bunlardan biri siklon, digəri antisiklondur. Siklon həmişə qərbdən şərqə, şimaldan cənuba doğru əsir. Ancaq antisiklon həmişə cənubdan şimala və şərqdən qərbə doğru hərəkət edir. Son dövrdə bunların hərəkət istiqaməti dəyişib”.
Telman Zeynalov siklonları yarada və idarə edə biləcəyimizi deyib. Bakıdakı istilərin səbəbini isə antisiklonun siklonun qarşısını kəsməsi ilə əlaqələndirib: "Ümimiyyətlə, siklonla antisiklon bir-birinin qarşısını kəsərsə, bu vəziyyət bir həftədən çox çəkməz”.
Tarix: 30-07-2021, 21:43
Xəbəri paylaş





Xəbər lenti