"İnsanların məntiqi ilə bu qədər oynamaq olmaz!"



"Keçən ilin avqust ayında SMS-lə evdən çıxmaq ləğv olundu, bir çox yumşalmalara gedildi və 2020-ci il avqustun 10-da cəmi 79 yeni yoluxma faktı qeydə alınmışdı, 2 nəfər vəfat etmişdi. Həmin günə ölkədə vaksin vurulan heç kim yox idi".
 
Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.
 
"Bu gün, 10 avqust 2021-ci ildə isə 1736 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər isə vəfat edib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5478042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3200107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2277935 təşkil edir.

Axı bunun izahı olmalıdır ya yox?! Yaxşı, deyirdilər ki, vaksin yoluxmanı yox, ağır xəstə və ölüm sayını azaldır, o zaman necə olur ki, 3 mln. 200 min nəfərə ən azı 1 doz vaksin vurulub, 2 mln. 300-nə yaxın isə hər iki doz vaksin alıb, amma keçən ilin eyni gününə görə yoluxma sayı 22 dəfə, ölüm sayı isə 6 dəfə artıb?! Bunu izah edən mütəxəssis, dövlət qurumu olmalıdır, insanların məntiqi ilə bu qədər oynamaq olmaz! ÜST də deyir ki, indi də “Lyambda” ştammı gəlir - yaxşı, yunan əlifbasında hərf bitəndən sonra nə olacaq?!" - N.Cəfərli əlavə edib. 
Tarix: 11-08-2021, 09:16
Xəbəri paylaş





Xəbər lenti