Korrupsiyaya qarşı mübarizədə ÇİN ÜSULU


Bu yaxınlarda köhnə dostlarımdan biri ilə rastlaşdım. Hal-əhfaldan sonra bir isti guşəyə cəkilib, olub kecənlərdən dərtləşdik. Söhbət əsnasında məlum oldu ki, tanışım bizneslə məşğuldu, Rusiyadan tutmuş, dünyanın bir cox ölkələrində ticarət əlaqələri var. Dostum deyir ki, Pekində çinli həmkarları ilə söhbət edirmiş. 
Çinli biznesmen deyib ki, o, Rusiyada çox olub, böyük şəhərlər arasında avtomobillə çox yol ölçüb, ümumillikdə Rusiya haqqında yaxşı təəssüratları var, ancaq bir şey pisdir ki, ölkənin yolları bərbaddır. Rus biznesmen bu fikirlə razılaşıb, deyib bəli bizdə yol tikintisinə ayrılan vəsaitlərin yarıdan çoxunu oğurlayıblar, ona gorə də yollarımız tez dağılır, hər il gərək təmir edək. Çinli iş adamı deyib ki, elədirsə Almaniyadan yoltikən şirkətlər dəvət edin, onlar 30 il təmir tələb etməyən yol çəksinlər. Rus deyib, yox, biz də elə qayda yoxdur, biz yolumuzu özümüz baha qiymətə çəkirik və özümüzünkülər də küllü miqdarda mənimsəməyə yol verirlər. Söhbət bu yerə çatanda çinli gözünü döyə-döyə, həm də tam ciddiyyətlə soruşub, “Elədirsə, siz niyə o öğruları güllələmirsiniz”? Bax, Çinin son 40 ildə qazandığı iqtisadı uğurların sirri bu sual doğuran məntiqdədir. Çində xırdabaş oğruları güllələmirlər, amma dövlətdən, xalqdan küllü miqdarda vəsait oğurlayanları, korrupsiya maxinasiyaları hesabına gizli ( sonradan isə aşkar) milyonçu olanları güllələyirlər. Son illərdə bu sayaq adamlar azalsa da, Çin iqtisadi təraqqiyə büdcə oğruları ağır şəkildə cəzalandırılmaqla başlayıb. Tamahkar adamları tezliklə aradan götürüblər ki, onlara güzəşt olmayacaq, dövlətdən cırpışdırdıqları milyonlar onların həyatını qurtarmayacaq, ona görə də can qorxusundan tamahlarını cılovlamalı olublar. Az-az şeytana könül verənlər olur, onlar da ifşa olunan kimi divara söykədilir. Heç kəs onların gözünün yaşına baxmır, öhdəsində azyaşlı uşaqların olmasına və digər yüngülləşdiriçi halların mövcudluğuna fikir verilmir. Dövlətin büdcəsindən pul oğurlamaq xalqa xəyanətdir və cəzası ölümdür- budur Çində korrupsiyaya qarşı mübarizənin əsas devizi. Yoxsa bu ölkəni idarə edənlər yüz minlərlə tamahkar məmurun öhtəsindən gələ, milyard yarımlıq əhalini doyura, yaşada, dövləti kasıblıq girdabından çıxarıb, dünyanın ən varlı, işıqlı- güclü ölkələrindən biri edə bilməzlər. İndi elə çıxmasın ki, mən Çinin amansız kommunust rejiminin digər qəddarlıqlarından, bərbad milli siyasətindən, insan haqlarına zidd davranışlarından xəbərsizəm və onu mədh edirəm. Xeyr. Burada söhbət, sadəcə , Çinin korrupsiyaya qarşı amansız mübarizəsinin effektivliyindən gedir. Heç Çini örnək götürmək , korrupsionerləri mütləq gülələmək fikri də tələb şəklində deyil. Ona görə ki, ölkəmizdə edam cəzası ləğv olunub, ən ağır cəza ömürlük həbsdir və büdcə oğurlarına ömürlük həbs cəzası verilməsi çox ağır cəza olar. Ancaq onların ciddi şəkildə cəzalandırılması şərtdir. Biz başqa yolla heç cür sürətlə artmaqda olan, 30 ildən bəri bəzən aktiv, bəzən də passiv müharibə şəraitində yaşayan xalqımızı maddi nemətlərlə təmin edə bilməyəcəyik. Böyük oğrular xalqın sərvətini talayıb- dağıdıb, satıb- sovurub xarici banklara daşıyacaqlar və millət həmişə kasıb yaşayacaq. Budur, korrupsiyada ittham edilərək həbsə alınmış yüksək vəzifəli məmurların sayı artdıqca artır. Onlara hansı cəzaların kəsiləcəyi hələ bəlli deyil. İfşa olunmuş korrupsionerlərin özlərinin, vəkillərin, yaxınlarının ümidi böyükdür ki, tutulanlar yüngül cəzalarla qurtaracaqlar və yığdıqlarının bir hissəsini xımır-xımır, rahat şəkildə yeyəcəklər. Onların bu cür ümidlənməsinin əsas səbəbi odur ki, indiyə qədər belə oiub. Ortada presedent var. Büdcə oğruları 2-3 il yatıb-çıxır, sonra özləri və övladları varlı biznesmen olur.
Məhz bu amil-cəzaların yumşaqlığı digər tamahkarları dayandırmır. Ard-arda ifşa olunan, həbs edilən sabiq nazirlərin, İH başçılarının, onların müavinləri, idarə rəislərinin millətə görünən aqibətləri ifşa olunmamışlara dərs olmur. Onlar nəyə görəsə özlərini cəzasızlıq mühitində hiss edir, neqativ əməlləini hec kimdən cəkinmədən davam etdirir. Deməli, cəza daha sərt olmalıdır. Adamlar bilməlidir ki, kartın altındakı uduş milyonlardırsa ,qumara qoyduqları şey də candır,rahat gələcəkdir, birinci əldə etdikləri, ikincini itirmək təhlükəsi var. İndi kimsə deyəcək, yox, bu çıxış yolu deyil, nə bilim, nələr, nələr olmalıdır. Xeyr, insanın tamahı sonsuzdu. Ona ayda 1 milyon dollar maaş da versən, öz vicdanına qalsa , qulluq mövqeyindən suii –istifadə edib,ikinci milyonu qapazdamaqdan çəkinməyəcək. İndiyə qədər kim yeyib-doyan məmur görüb? Heç kim. Amma gözütox məmurlar həmişə olub, yenə də var. Onlar içlərilərində məsuliyyət hissi daşıyan, aza qane olan 5 manat artıq pula- mala görə həyatları ilə oynamaq istəməyən adamlardır. Cənablar mən gördüklərimi Sizinlə bölüşmək istədim, Siz nə düşünürsüz?
Sizinlə həmsöhbət oldu: Əlizadə Nəhmədağaoğlu
Siam.az
Tarix: 1-02-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti