Bakı Nəqliyyat Agentliyi vətəndaşa "sağmal inək" kimi baxır


Bakı Nəqliyyat Agentliyi vətəndaşa "sağmal inək" kimi baxırBakı Nəqliyyat Agentliyi

“Bakı Nəqliyyat Agentliyinin konsepsiyası yoxdur. Bu qurumun konsepsiyası olmalıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir”.

Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Onun sözlərinə görə, konsepsiya hazırlanmalıdır, elə, o çəkir, bu çəkir. Bəs o pullar hara gedir?
Nəhayət ki, Azərbaycanda vətəndaşın narahatlığını və narazılığını dilə gətirən, BNA-nın fəaliyyətini sorğulayan bir deputat da tapıldı. Deməli, hamı deputatxanada yatmaqla məşğul deyilmiş. Xalqın narahatlıqlarından xəbərdar olan, dilinə gətirməyi bacaran və Milli Məclisə gecəlik otel kimi istifadə etməyənlər də varmış.

Düzü, deputatın BNA-ya irad bildirməsi çox yerinə düşdü. Hər zaman BNA rəhbəri çıxıb jurnalistlərə şablon açıqlamalar verməklə işini bitmiş hesab edirdi. Mətbuat xidməti də “burda mənəm, Bağdatda kor xəlifə” prinsipi ilə işləyib, gününü BNA haqqında iradlarını bildirənləri şantaj etməklə keçirirdi. Yəni elə sadəcə, BNA-nın mətbuat xidmətinə nəzər salıb, qurumun “şəffaflığından” xəbərdar olmaq olurdu. Qanunsuz parklamalar, vətəndaşlara açıqlanmayan parkinqlər, tarifləri müəyyən edilməyən park yerləri bütün vətəndaşları cana doydurmuşdu. Özünüz düşünün, DYP-nin qayda pozduğöu üçün saxladığı avtomobilə belə, BNA adlı qurumun əməkdaşları dayanma-durma səbəbindən protokol tərtib edirdi. Üzr istəyirəm, sanki vətəndaş “sağmal inəkdir”. Gücü çatan bir tərəfdən düşmüşdü vətəndaşın üstünə ki, “verəcəksən”. Vətəndaş da yazıq, kimə “verəcəyini” bilmirdi. Bizə təqdim olunan isə şablon hesabatlardır. Filan kilometr velosiped yolu çəkildi, avtobuslar üçün xətt ayrıldı. Bir Neftçilər, Xalqlar Dostluğu ərazilərinə baş çəkin. BNA yaradılmamışdan öncə yenə vətəndaşlar bir-birinə hörmət edib yol verirdi. Çəkilən yollar vətəndaşın da ağlını qarışdırdı. İndi vətəndaş kimə yol “verəcəyini” də bilmir. Başımızın üzərini kəsmiş BNA kameraları isə vətəndaşı nəfəs almağa belə qoymur.
Dərdimizi kimə deyək, kimə danışaq. Açıqlama üçün mətbuat xidməti telefonlara da baxmır. “Yola verdi” prinsipi ilə çalışan bu quruma bir "dur" deyən tapılmalıdır. Bu günə kimə, hansı işimizə yarayıb ki, BNA?
Yolları gəzin, müşahidə edin, baxın hər yerdə kamera, hər yerdə BNA avtomobili. Çəkib protokol tərtib edirlər. Başa düşdük, bəs yığılan cərimələr hara gedir? Niyə cəmiyyətə bu barədə açıqlama verilmir?
Mətbuat xidməti vətəndaşları ictmai nəqliyyatdan istifadə etməyə çağırırdı? Hətta özünü bununla reklam da etmişdi. Avtomobilin olsa da, vaxtında işləməyən və yollarda bir-birinin belinə minən avtobuslarla hərəkət etməlisən. Ya da piyada gəz... Bunu da hansısa deputata irad olaraq bildirmişdi mətbuat xidməti. Bu insanlar işdən, Bakı yollarından o qədər uzaqdırlar ki, elə bilirlər kağız üzərində fəaliyyətlə insanlara yol göstərə biləcəklər.
Bakı sənaye şəhəridir. Bakının ancaq mərkəzi turizm üçündür. Bunu bəzi beyinlər almasa da, sənaye şəhərində piyada və ya ictimai nəqliyyatla gəzmək mümkün deyil.
Ümumiyyətlə, BNA nəyə və ya kimə lazımdır ki?
Tarix: 2-02-2022, 21:50
Xəbəri paylaş





Xəbər lenti