BP Azərbaycan hər sahibsiz itin öldürülməsinə fəhlənin maaşı qədər pul verir



BP Azərbaycan hər sahibsiz itin öldürülməsinə 460 manat verir

Britaniyanın Azərbaycandakı neft şirkəti sahibsiz itlərin öldürülməsi üçün podratçı şirkətə pul ödəyib.

Pravda.az bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) hesabatına istinadən xəbər verir.

“İnvoyslar göstərir ki, şirkət [BP Azərbaycan] “Bos Shelf” şirkəti ilə müqavilə imzalayaraq, tikinti yaxınlığında sahibsiz itlərin hər birinin öldürülməsi üçün 460 manat ($270) ödəniş edib”.

OCCRP əlavə edir ki, bu da həmin dövrdə zavodda çalışan bəzi işçilərin aylıq əməkhaqqına bərabər idi.İndex.az




 Fotoları təqdim edirik



Tarix: 3-02-2022, 08:30
Xəbəri paylaş





Xəbər lenti