Mətbuat dərin quyuya atıldı


Media eksperti Ələsgər Əhmədoğlu
Bu gün Azərbaycanda medianın imkişafına və fəaliyyətinə ciddi problem yaradacağını düşündüyüm Media Qanunu imzalanaraq qüvvəyə minib. “Super Nazirlik” statusunda olan MEDİA Agentliyinə də mediaya və jurnalistlərə barmaq silkələyən xeyli əlavə səlahiyyətlər veriblər.
Azərbaycanda elə atalar sözləri var ki, illərin süzgəcindən süzülüb, formalaşıb. Bunlardan biri də “Bir müsibət min nəsiətdən irəlidir”- deyimidir.
3 aprel 2009-cu ildə Prezident fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu təsis ediləndə az-çox media azadlığını, funksiyasını dərk edən kəslər: “bu formatla medianı inkişaf etdirmək olmaz, bu ələbaxımlılığı artırar və müstəqilliyi yox edər”- deyəndə dərhal Fondun Nizamnaməsinin 1-ci bəndindən bu nümunəni təkrarlayırdılar:
“Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra – layihələr) və digər tədbirləri maliyyələşdirməkdir.”
13 il keçdi. Fondun Prezident tərəfindən təyin olunan və 12 il başında duran icraçı direktoru hazırda 10 il 6 ay həbs cəzasına məhkum edilib. Onun Fondun 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəməsi, cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırılması yönündə təqsiri olduğu bildirilib.
Media inkişaf etdi mi? xeyir, Hazırda Azərbaycan Mediası bütün parametrlərlə 2009-cu ilin gerisindədir.
Bu müsibətdən nəsihət almayanlar yenidən KİVDF-dən daha çox səlahiyyətli və qanunla daha çox “silahlanmış” bir qurumla 12 ildə dövlət dəstəyi ilə əvvəlki yerinin də gerisində qərarlaşan medianı guya düşdüyü bu çuxurdan çıxaracaq. Nafilə! Bu dəfə Azərbaycan mediası düşdüyü çuxudran kor quyuya itildi.
Demək ki, bir müsibət yetmədi!…
Tarix: 8-02-2022, 22:41
Xəbəri paylaş





Xəbər lenti