“Sosial Tədqiqatlar Mərkəzindən bütün reallıqları olduğu kimi ortaya qoymalarına dair gözləntim yoxdur” - Tural Abbaslı



"Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasını ziyanlı hesab etmirəm. Adından da göründüyü kimi, mərkəz sosial tədqiqatlar apararaq nəticələri ictimaiyyətə təqdim etməlidir. Cəmiyyət, eləcə də siyasət və müxalifət də həmin nəticələrə əsasən, siyasətlərini müəyyən etsinlər. Təbii ki, hazırkı iqtidar dönəmində hansı dərəcədə müstəqil, obyektiv və operativ olmağın mümkünlüyünü bilirəm. Yəni, həmin mərkəzdən də bütün reallıqları olduğu kimi ortaya qoymalarına dair gözləntim yoxdur. İqtidarın bu məsələlərə yanaşması onsuz da məlumdur".
 
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
 
Partiya sədri bildirib ki, istənilən halda, mərkəzin mövcudluğunu və fəaliyyətini faydalı hesab edir: "Xüsusi diqqətimi çəkən məqam, mərkəzin cəmiyyətin dövlət qurumlarına münasibətini göstərən reytinq cədvəli idi. Biz də zaman-zaman həmin məlumatlardan çıxışlarımızda istifadə edirik. Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətini iqtidarın öz siyasətini müəyyən etməsi üçün daha faydalıdır, nəinki ictimaiyyətin məlumatlandırılması üçün. Belə ki, mərkəzin tədqiqatlarından daha çox daxili istifadə üçün faydalanmaq olar. Hesab edirəm ki, cəmiyyət üçün qapalı olan bəzi məlumatlar da iqtidar üçün sənədləşdirilir. Hər-halda idarəçilikdə həmin mərkəzin rəyləri də nəzərə alınır. Qısacası, mən Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin əleyhinə deyiləm. Qoy hakimiyyət özü cəmiyyətin nəbzini ölçsün".
Tarix: 10-02-2022, 14:28
Xəbəri paylaş





Xəbər lenti