Cahangir Əsgərov da işdən çıxarılır: AZAL-ın bazasında hansı qurum yaradılacaq?


Yaxın günlərdə AZAL prezidenti Cahangir Əsgərov işdən çıxarılacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, AZAL-ın ləğvi ilə bağlı qərar hələ bir müddət əvvəl qəbul olunub. Müşahidə Şurasının yaradılması da həmin prosesin tərkib hissələrindən biri olub.
Qeyd edilir ki, Cahangir Əsgərovun işdən çıxarılması ilə yanaşı, AZAL-ın da ləğv ediləcəyi gözlənilir. Onun bazasında Mülki Aviasiya Komitəsinin yaradılması nəzərədə tutulub.
Mənbə prosesin bu qədər yubanmasının səbəbi kimi, bir neçə aeroportun tikilməsini, habelə AZAL-da aparılan yoxlamaların nəticəsini və hökumətin bununla bağlı yekun qərara gələ bilməməsini göstərib. Bildirilir ki, yoxlamalardan sonra AZAL-da ciddi problemlərin olduğu üzə çıxıb. Eyni zamanda, son zamanlar Cahangir Əsgərovdan əsaslı, həm də ciddi narazılığın olması hökuməti prosesi tezləşdirmək məcburiyyətində qoyub.
Tarix: 10-02-2022, 20:43
Xəbəri paylaş





Xəbər lenti