Ukraynadan qaçdığı deyilən məşhur oliqarx Rusiyanın "hücum" günü Mariopolda olacaq...

Ukraynadan qaçdığı deyilən məşhur oliqarx Rusiyanın
Bu şəhər bəzi analitiklər tərəfindən Moskvanın əsas "hücum" hədəflərindən biri kimi göstərilir...
 
Fevralın 16-da sahibkar,  Ukraynanın məşhur oliqarxı, "SCM" şirkətinin təsisçisi və səhmdarı Rinat Axmetov Mariupolda olacaq.
 
Moderator.az xəbər verir ki, Bu barədə “İnterfaks-Ukrayna”ya iş adamının mətbuat katibi Anna Terexova danışıb.
 
Ukraynalı iş adamının mətbuat katibi  bildirib ki, milyarder ötən ay öncədən planlaşdırılan səfər çərçivəsində Ukraynanı tərk edib.
 
Anna Terexova bu barədə bazar ertəsi, fevralın 14-də "Ukrayna" telekanalının efirində bildirib.
 
"Rinat Axmetov yanvarın 30-da Avropaya gedib. Bu, əvvəlcədən planlaşdırılan səfərdir. O, yaxın vaxtlarda mütləq Ukraynaya qayıdacaq. Rinat Axmetov çərşənbə günü Mariupolda olacaq", - Axmetovanın mətbuat katibi bildirib.
 
"Rinat Axmetov Fondu Ukraynanın ən böyük xeyriyyə təşkilatlarından biridir. O, özünün "Sülhsevərlərin səsləri" muzeyini yaradıb. Bu, Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü nəticəsində münaqişədən zərər çəkmiş mülki şəxslərin dünyanın ən böyük hekayələri toplusunu ehtiva edir. Fond 2025-ci ilə qədər Donbassda dinc sakinlərdən 100 min ifadə toplamağı planlaşdırır"- Ukraynanın ""Segodyna" nəşrinin yaydığı xəbərdə belə deyilir.
 
Xatırladaq ki, dünən Ukraynanın bəzi KİV-i ölkənin bir sıra iş adamlarının,o cümlədən Rinat Axmetov və Boris Kolesnikovun məhz Rusiyanın "işğal" təhdidləri ilə bağlı ölkəni tərk etdiklərini bildirmişdi. Bundan əvvəl isə ABŞ mənbələri guya Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyini proqnozlaşdırıb. Qeyd edək ki, eyni gündə ukraynalı məşhur oliqarxın səfər edəcəyi Mariopol şəhəri bəzi analitiklər tərəfindən Moskvanın əsas "hücum" hədəflərindən biri kimi göstərilir...

Tarix: 15-02-2022, 10:34
Xəbəri paylaş





Xəbər lenti