"Konktakt Home" uduzdu - FOTO



Bu gün Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə baş tutan, ictimai fəal Emin Xəlilovun "Kontakt Home" şirkətinə qarşı qaldırdığı məhkəmə iddiası təmin olunub.
 
Onun vəzifəsi "Kontakt Home"un Sumqayıt filialında bərpa olunub və bu müddət ərzində almadığı maaş ona qaytarılacaq.
 
Məhkəmədə Emin Xəlili, onun vəkili Zibeydə Sadıqova çıxış edib.
 
2021-ci il avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə "Kontakt Home" (elektron və məişət texnikası mağazalar şəbəkəsi) şirkətində işdən çıxarıldığını bildirib.
 
"Avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə almışam. İşim bitdikdən sonra xəbər tutdum ki, bir qrup gənc fəal məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcək. Mən də aksiyaya qoşuldum. Aksiyadan bir gün sonra isdə dedilər ki, məni işdən azad ediblər, baş ofisə getməliyəm. Orada mənə dedilər ki, polis mənim aksiyadan fotomu  göndərib,  buna görə də rəhbərlik mənimlə  çalışmaq istəmir", - Xəlilov bildirib.
 
Bundan sonra Xəlilov ötən ilin sentyabrından 'Kontakt Home" məhkəməyə verib.
 
Anews.az
 Fotoları təqdim edirik



Tarix: 17-02-2022, 14:56
Xəbəri paylaş





Xəbər lenti