“Ramiz Mehdiyevin “hamısı boş şeydir” deməsindən sonra “qurbağa gölünə daş atılıb”, səs çıxaran da yoxdur”


“Son günlər vəzifəlilər, tanınmışlar Ramiz Mehdiyevi tənqid etməyə növbəyə durmuşdular. İstefa xəbəri yayılan kimi tənqidçilərin sayı dəfələrlə artdı. Dünən Ramiz Mehdiyevin işə geri dönməsindən, “hamısı boş şeydir” deməsindən sonra sanki qurbağa gölünə daş atılıb, səs çıxaran da yoxdur”.
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
 
“Kimlərinsə ölkəni qarışdırmaq həvəsi yaranarsa, həmin o növbəyə duranların heç səsləri də çıxmayarcaq. Müstəqilliyimiz üçün ən təhlükəlisi də budur” – A.İsmayılov qeyd edib.
Tarix: 17-02-2022, 15:24
Xəbəri paylaş





Xəbər lenti