“Bağçalarda rüşvətlə, tanışlıqla işə qəbul olunan müəllimlər prosesdən kənarlaşmalıdır”- AÇIQLAMA


“Bağçalarda müəllimlərin işə qəbulunun imtahanla həyata keçirilməsini müsbət addım kimi dəyərləndirirəm”.
Siam.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O qeyd edib ki, bu vaxtadək tanışlıqla, rüşvətlə işə qəbul olunan ixtisas və qeyri-ixtisas müəllimləri prosesdən kənarlaşmalıdır:
“Bağçalar Təhsil Nazirliyinin balansına keçdikdən sonra  burada bir sıra dəyişiklik olacağı gözlənilən idi. Qeyd edim ki, bağçalarda müəllimlərin işə qəbulunun imtahanla həyata keçirilməsi bağçalarda daha təcrübəli, ixtisaslı kadrların yerləşməsi ilə nəticələnəcək. Bu da öz növbəsində bağçalarda təhsilin müsbət istiqamətdə göstəricilərinin artmasına təsir edəcək. Hazırda 1700-dək məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və burada çalışan müəllim heyətinin mütləq imtahanla bilikləri yoxlanmalıdır. Çünki bu vaxtadək tanışlıqla və rüşvətlə işə qəbul olanların sayı heç də az deyil və bu fakt hər kəsə məlumdur. Hesab edirəm ki, imtahan nəticəsində ixtisas və qeyri-ixtisas müəllimləri prosesdən kənarlaşdırılacaq və keyfiyyətli kadr potensialı yaradılacaq. Bundan başqa, hesab edirəm ki, bağçalarda vahid tədris proqramı da tətbiq ediləcək”.
Tarix: 17-02-2022, 22:46
Xəbəri paylaş





Xəbər lenti