Adına 5 şirkət açılmış şəxs öldürülüb?

Bu barədə cəmi 20 gün əvvəl yazmışdım. Hətta tədbir görməsi üçün Baş Prokurorluğu da işarələmişdim…
… 3 gün əvvəl Astarada 41 yaşlı şəxsin ağacdan asılmış vəziyyətdə meyiti aşkar edilib. Ölümündən əvvəl Xəzər TV-yə danışıb (link rəydə) və deyib ki, xəbəri olmadan onun adına 5 şirkət açıblar (foto rəydə). Həmin şəxs şirkət rəhbəri olduğunu Vergilər Xidmətindən göndərilən borc bildirişindən sonra öyrənib. İndi prokurorluq bu şəxsin intihar etdiyini, yaxud da öldürüldüyünü araşdırır (link rəydə).
Azərbaycanda hər il yüzlərlə bu cür şirkət açılır. Böyük ehtimalla bu şirkətlərin rəhbərləri də Zaur Sovqatov kimi şirkət sahibi olduqlarını vergi borcu olandan sonra öyrənirlər. Yəqin ki, onda da gec olur. Kimi həbs olunur, kimi evini-eşiyini satıb borcunu ödəyir, kimi də borcunu Zaur Sovqatov kimi canı ilə ödəyir…


Cəmi 19 ay ərzində “Nizami rayonu, Yavər Səfərov ev 28. m. 28” ünvanında 285 şirkət qeydiyyata alıblar. Cəmi bir il əvvəl qeydiyyatdan keçən bu şirkətlərin 3 milyon manatdan çox vergi borcları var.
Məsələn, 10 noyabr 2020-ci il tarixində “JASMIN AZ LTD” MMC adlı şirkət qeydiyyata alınıb. Qısa müddət sonra 395 min manat vergi borcu yaranıb. Rəsmi sənədlərdə şirkətin rəhbəri kimi Yakuşev Stanislav Ələskəroviç göstərilir. Məlum olur ki, Yakuşev Stanislav Ələskəroviç şirkət təsis olunmazdan qısa müddət əvvəl işsiz olduğu üçün sürücü işi axtarırmış (foto rəydə).
Cəmi 19 aya bir ünvanda, eyni şəxslərin adına 285 şirkət açmağa kim cəsarət edər?
Yaxud, kim zəmanət verir ki, Yakuşev Stanislav və onu kimi şəxslərin də taleyi Zaur Sovqatov kimi olmayacaq?!
Allahverdi Aydın
Tarix: 18-02-2022, 09:32
Xəbəri paylaş





Xəbər lenti