Dənizdən də hücum başladı, Odessaya Rusiya desantı çıxarıldı



Az əvvəl yayılan xəbərlərə görə Rusiya Ukraynaya qarşı Qara dənizdən və Azov dənizindən də hücuma keçib. Artıq Odessaya Rusiya desantı çıxarılıb. Bu haqda İnterfaks-Ukrayna bildirir.
Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Nikolayev vilayətində Rusiyanın raket zərbələri nəticəsində güclü yanğınlar başlayıb. Xarkovda raket-artilleriya mərmiləri anbarı məhv edilib. Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko isə bildirib ki, Rusiya ölkənin iri şəhərlərinə hücuma keçib, qanadlı raketlərlə və ballistik raketlərlə aramsız zərbələr endirilir. O cümlədən Kiyevdə strateji obyektlər vurulur, Borispol aeroportu ətrafında da partlayış səsləri eşidilir.
Tarix: 24-02-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti