Rusiya Kiyevi vurmağa başlayıb


Rusiya Kiyevi vurmağa başlayıb

Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.

Bizimyol.info xəbər verir ki, Ukrauna mətbuatının verdiyi məlumata görə, Kiyevdə yerli vaxtla saat 04:20-də partlayışlar olub.
Yerli vaxtla saat 04.50-dən sonra Xarkov, Kramatorsk, Mariupol, Nikolayev və Odessa şəhərlərində, həmçinin Kiyevdə ardıcıl təkrar partlayışlar olub.
Xüsusən də Kiyevdə çoxlu partlayışlar baş verərkən şəhərdə sirenlər səslənirdi.
Bəzi mülki şəxslər şəhəri tərk etməyə çalışarkən, digərləri metro stansiyalarına və evlərinin zirzəmilərinə sığınmış, bank və apteklərin qarşısında növbələr yaranmışdı.
Tarix: 25-02-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti