Dünyanın ən güclü qüvvələri uzaqdan baxırlar


“Dünyanın ən böyük gücləri müharibəni uzaqdan izləməkdə davam edir və dünənki sanksiyalar Rusiyanın təcavüzünü dayandırmağa kifayət etmir”.
Siam.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu səhər də ölkəmizi təkbaşına müdafiə edirik - dünən olduğu kimi. Dünyanın ən güclü qüvvələri uzaqdan baxırlar. Dünənki sanksiyalar Rusiyanı dayandıra biləcəkmi? Səmamızda eşidirik və öz torpağımızda görürük ki, bu kifayət deyil. Xarici qoşunlar hələ də ərazilərimizi işğal etməyə çalışırıq” – Zelenski bildirib.
O qeyd edib ki, yalnız ukraynalıların həmrəyliyi və qətiyyəti Ukraynanın azadlığını qoruya bilər. Onun sözlərinə görə, ordu, sərhədçilər, Milli Qvardiya, polis, kəşfiyyat, müdafiə qüvvələri öz tapşırıqlarını maksimum dərəcədə yerinə yetirirlər.
Fevralın 24-də Rusiya Ukraynaya qarşı işğala başlayıb. Ukraynada hərbi vəziyyət tətbiq edilib.Teleqraf.com
Tarix: 25-02-2022, 10:37
Xəbəri paylaş





Xəbər lenti