UKRAYNA RUSİYANIN HƏRBİ TEXNİKA KARVANINI MƏHV ETDİ - 20 tank sıradan çıxarıldı



Ukrayna hərbçiləri işğal olunmuş Krımdan irəliləyən Rusiya hərbi texnika karvanını məhv edib. Unian-a istinadla xəbər verir ki, müvafiq video sosial şəbəkələrdə yayılıb.
"Bizimkilər Xerson vilayətinin Bolşiye Kopanıda Krımdan irəliləyən Rusiya texnikası karvanını bombalayıblar”, - Memagram Twitter-də yazır.


***
Çerniqov şəhəri istiqamətində “Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. İşğalçı qüvvələr canlı itki verib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, “Şimal” bölməsi həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.
“Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, - məlumatda vurğulanıb.
Tarix: 25-02-2022, 15:54
Xəbəri paylaş





Xəbər lenti