Kiyevdə şiddətli küçə döyüşləri gedir


Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.

Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir. 

Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.

Report
Tarix: 26-02-2022, 08:27
Xəbəri paylaş





Xəbər lenti