Xətai rayon İcra şöbəsinin rəisinə şiddətli töhmət verilib - İşdən çıxarıla bilər

Xətai rayon İcra şöbəsinin rəisinə şiddətli töhmət verilib
Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımova işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verilib.

DİA.AZ xəbər verir ki, bu barədə "AzPolitika.info"ya ədliyyə orqanlarındakı mənbədən məlumat daxil olub.

V.Qasımovun yaxın günlərdə işindən azad olunacağı gözlənilir.

Qeyd edək ki, V.Qasımov Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun qardaşıdır.
Tarix: 4-10-2022, 17:16
Xəbəri paylaş





Xəbər lenti