İcra başçısı SİAM.AZ saytının baş redaktorunu 60 illik yubileyi münasibəti ilə təbrik etdi


Tərtər Rayon  İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Siyasi Araşdırma Mərkəzi 
(SİAM.AZ) saytının təsisçisi və baş redaktoru Şahin Əhmədovla görüşüb.

Görüş zamanı icra başçısı sayt rəhbərini 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar diləyib. Rəhbərlik etdiyi saytda mütəmadi olaraq Tərtər rayonunun ictimai- siyasi həyatından yazılar yerləşdirdiyi, qərəzsiz mövqeyi üçün ona təşəkkür edib.
Sonra rayon rəhbəri Siyasi Araşdırma Mərkəzi saytının baş redaktoruna rayon  icra 
hakimiyyətinin fəxri fərmanını təqdim edib. 
Qəbulda xatirə şəkli çəkilib.
Tarix: 6-10-2022, 21:39
Xəbəri paylaş





Xəbər lenti