ABŞ Rusiyanın nüvə zərbəsinə necə cavab verəcək? - 5 variant açıqlandı...

ABŞ Rusiyanın nüvə zərbəsinə necə cavab verəcək? - 5 variant açıqlandı...
"Putin nüvə düyməsinə basarsa, ABŞ və NATO bu və ya digər üsulla cavab  verəcək..."
 "NATO Rusiyaya qabaqlayıcı zərbə endirməlidir, yoxsa onun zərbələrini gözləyib, sonra da deməsinlər: hə, belə oldu? Alın, bu da bizdən olsun..."
 
Rusiyanın Ukraynaya son zamanlar ali rəhbərliyinin getdikcə daha çox təhdid etdiyi nüvə zərbəsi endirəcəyi təqdirdə ABŞ və müttəfiqləri müxtəlif üsullarla cavab verə bilər. 
 
Moderator.az xəbər verir ki, Britaniyanın "Sun" nəşri nüvə təcavüzünə beş ehtimal edilən cavab ssenariləri  barədə yazıb.
 
1. Tam dolğun nüvə zərbəsi
 
Bu variantda Birləşmiş Ştatların "qisas" nüvə silahı işə düşəcək. Lakin analitiklər bu ssenarini ən az ehtimal edilən hesab edir.
 
ABŞ milli təhlükəsizlik üzrə ekspert Cefri Edmondsun sözlərinə görə, Rusiyadakı hədəfə nüvə silahından zərbə endirilməsi, gücündən asılı olmayaraq, münaqişənin xarakterini dəyişərək onu Rusiyanın ABŞ və NATO-ya qarşı müharibəsinə çevirəcək.
 
2. Rusiya ordusunun məhv edilməsi
 
Bu variant adi silahlarla Rusiya qoşunlarının Ukraynadakı mövqelərinə güclü zərbələr seriyasının endirilməsini nəzərdə tutur ki, NATO və ABŞ-ın imkanları barədə "hipotetik təsəvvür" yaransın.
 
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və istefada olan ordu generalı Devid Petreusun sözlərinə görə, Rusiyanın döyüş meydanında görə biləcəyimiz və identifikasiya edəcəyimiz bütün qüvvələri məhv ediləcək.
 
3. Rusiyanın Qara dəniz donanmasının batırılması
 
Bu ssenari müstəqil variant kimi, habelə ikinci variantın bir hissəsi kimi nəzərdən keçirilir.
 
Krımda yerləşən donanma Putinin Ukraynaya müdaxiləsinin mərkəzi elementi hesab edilir, çünki ölkənin cənubunda Rusiya qoşunlarının əsas təchizat  marşrutunu təmin edir. 
 
Onun məhv edilməsi qoşunlar və texnikanın dənizlə hərəkətini çətinləşdirər, habelə Qara dəniz tərəfdən aviazərbələr təhlükəsini aradan qaldırardı.
 
4. Məqsədli zərbə
 
Bu, Rusiyanın Hərbi-Dəniz Donanmasının gəmisinə və ya Moskvanın Hərbi-Hava Qüvvələrinə məqsədyönlü kampaniya ilə adi dəqiq cavab zərbəsidir.
 
ABŞ sülh İnstitutunun eksperti Meri Qlantsın fikrinə görə, beləliklə Qərb nüvə silahının tətbiqinə cavabdeh olan Rusiya bölmələrini məhv edə bilər:
 
"Bu, dünyaya göstərəcək ki, Birləşmiş Ştatlar nüvə silahının işlənib hazırlanması və tərbiq edilməsindən imtina edən dövlətlərin müdafiəsinə ciddi yanaşır".
 
5. Sanksiyaların güclənməsi
 
Bu variant Moskvaya qarşı əlavə  məhdudlaşdırıcı iqtisadi tədbirləri nəzərdə tutur. 
 
Lakin analitiklər belə yanaşmanın səmərəliliyinə şübhə ilə yanaşır.
 
"Bu cavab cari fəaliyyətdən əhəmiyyətli dərəcədə fərqlənmir və Rusiyanın adi və nüvə təcavüzü arasında fərq o qədər bilinməyəcək", - Qlants hesab edir.
 
6-cı variant da var-heç nə etməmək.
 
Bu ssenari də ən az ehtimal edilən hesab edilir. Şübhə yoxdur ki, Putin nüvə düyməsini basarsa, ABŞ və NATO bu və ya digər üsulla cavab verəcək, "Sun" yazır.
 
Bu arada isə Ukrayna prezidenti Vladimir Zelenski NATO ölkələrinə Rusiyaya qabaqlayıcı zərbə endirməyi təklif edib.
 
"NATO nə etməlidir? Rusiya tərəfindən nüvə silahının tətbiq etməsini istisna etməlidir.
 
Amma ən vacibi nədir, mən 24 fevraldan öncə olduğu kimi, beynəlxalq birliyə müraciət edirəm: ilkin zərbələr endirilməlidir ki, onlar nüvə tətbiq etsələr, nə baş verəcəyini bilsinlər. 
 
Əksinə olmamalıdır- Rusiyanın nüvə zərbələrini gözləyib, sonra da desinlər: "Hə, belə oldu, alın, bu da bizdən olsun!".
Tarix: 7-10-2022, 08:22
Xəbəri paylaş





Xəbər lenti