Britaniya aviasiyası Qara dənizdə mülki gəmiləri Rusiyanın hücumlarından qoruyacaq

Britaniya aviasiyası Qara dənizdə mülki gəmiləri Rusiyanın hücumlarından qoruyacaq
"Britaniyalılar rusiyalıların mülki gəmilərə hücum edə biləcəyindən narahatdır..."

"London Rusiyanın Qara dənizdə fəaliyyətini izləmək üçün öz kəşfiyyat imkanlarını işə salıb..."
 
Böyük Brutaniyanın Kral Hərbi-Hava Qüvvələri Qara dəniz akvatoriyasında patrul xidməti aparmağa başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "topwar.ru" nəşri yazıb.
 
Britaniya hökumətinin niyyətinə görə, bu, Rusiyanı Ukrayna taxılını daşıyan gəmilərə zərbə endirməsindən çəkindirməlidir.
 
Böyük Britaniya baş nazirinin mətbuat xidmətinin yaydığı pres-relizedə qeyd edilir ki, Rusiya Qara dəniz taxıl təşəbbüsündən çıxandan sonra, yükündən asılı olmayaraq, Ukraynaya istiqamət alan bütün gəmiləri özünün qanuni hədəfi elan edib. 
 
Avqustda öz təhdidlərini möhkəmləndirmək üçün rusiyalılar Dunayda Ukrayna limanlarının birinə yönələn mülki gəmisini atəşə məruz qoyub və desant çıxarıb.
 
Britaniya hökuməti qeyd edir ki, London Rusiyanın Qara dənizdə fəaliyyətini izləmək üçün öz kəşfiyyat imkanlarını, o cümlədən aviasiyanın köməyilə işə salıb.
 
"Müşahidə üzrə bu əməliyyatlar çərçivəsində Kral Hərbi-Hava Qüvvələrinin aviasiyası bu rayon üzərində uçuşları icra edir, məqsəd Rusiyanı taxıl daşıyan mülki gəmilərə qanunsuz zərbələr endirməsindən çəkindirməkdir", - bəyanatda deyilir.
 
Qeyd edilir ki, britaniyalılar təkcə mülki gəmilərə açıq hücumların deyil, həm də "özgə bayraq altında" təxribatların qarşısının alınmasına səy göstərir.
 
Rusiyalıların Türkiyənin mülki gəmisinə hücumu
 
Avqustun 13-də səhər Rusiyanın hərbi gəmisi Ukraynanın İzmail limanına gedən Türkiyənin "Sukra Okan" mülki gəmisinə "xəbərdaredici atəş" açıb. 
 
Bu, ekipajın rusiyalıların yüklərə baxış keçirilməsi üçün dayanmaq tələbinə məhəl qoymamasından sonra baş verib. Rusiyalılar həmçinin gəmiyə helikopter desantı çıxarıb.
 
Bu hadisəyə münasibət bildirərkən, Ukrayna XİN Rusiyanı beynəlxalq hüququ kobud surətdə pozmaqda ittiham edib. 
 
Ukrayna diplomatları Rusiyanı Qara dənizdə gəmiçiliyi blokada etməsi imkanından məhrum etməyə çağırış edib.
Tarix: 9-09-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti