“Ermənistana hərbi dəstək verən ölkələr ifşa olunmalıdır”


“Ermənistana hərbi dəstək verən ölkələr ifşa olunmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, Ermənistana edilən hər bir yardım bölgədə təhlükəsizlik üçün böyük təhdiddir:
 
“Təbii ki, biz Ermənistanı, onun hərbi təxribatları ilə yanaşı, bu ölkəyə hərbi dəstək verən dövlətləri, onların əməllərini də ifşa etməliyik. Hindistan, Fransa və s. kimi dövlətlər Ermənistana dəstək verməklə faktiki olaraq regionda vəziyyəti gərginləşdirir, yeni qarşıdurma ehtimalını yüksəldirlər. Onların Ermənistaan göstərdiyi dəstək regionda sülh və təhlükəsizlik üçün böyük təhdiddir. Bu baxımdan, əgər sabah bölgədə yeni hərbi qarşıdurma baş verərsə, o zaman buna görə məsuliyyət Ermənistanla yanaşı, həm də İrəvanı dəstəkləyən, ona hərbi yardım göstərən dövlətlrin üzərinə düşəcək. Bu, birmənalıdır. Buna görə də, həmin dövlətlər öz siyasətlərinə ciddi düzəlişlər etməli, Ermənistanı silahlandıraraq onu yeni qarşıdurmaya sövq etmək cəhdlərindən əl çəkməlidirlər”.
Tarix: 11-09-2023, 09:28
Xəbəri paylaş





Xəbər lenti