Azay Quliyev artıq köhnə şərtlərlə idarə edə bilmir... - QHT sektorunda İNQİLABİ DƏYİŞİKLİK ZƏRURİDİR...


"QHT Agentliyi ilə bağlı məsələlər artıq pik həddə çatıb.
Türkiyədə olsam da hər gün zənglər və sosial şəbəkələr vasitəsilə təzyiq göstərilir. Düz söz demək qadağandır, dərhal hücuma keçirlər.
Bu qədər trol saxlamaqdansa elə həmin pulları cəmiyyətimizə faydalı olan məsələlərə sərf edin". DİA.AZ bildirir ki, bunu son günlər QHT sektorundakı neqativ hallara qarşı apardığı mücadiləsi ilə diqqətə gələn İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli növbəti açıqlamasında deyib.
İSBAM sədri daha sonra əlavə edib: "Mən əminəm ki, aidiyyəti sahə üzrə rəhbər şəxslərin bu məsələlərdən tam məlumatı yoxdur. Bizim qaldırdığımız məsələləri maraqlı şəxslər rəhbərliyə qısa və özlərinə sərf edən formada çatdırır.
Rəhbər şəxsdə elə təəssürat yaradırlar ki, bizlər pul davası edir, dövlətə qarşı çıxırıq.
Vallah ayıbdı.
Mən və həmkarlarım canımızı bu dövlət yolunda fəda verənlərdənik.
Bizlər ən çətin dövrlərdə dövlətimizin yanında olanda, sizlər adını çəkmək istəmədiyim qəzetdə reket jurnalist, iqtidarımızı tənqid edən televiziyada müxbir və s. vəzifələrdə çalışırdınız. Bu gün sadəcə bəxtiniz gətirib gizlənə bilmisiniz.
Ramiz Mehdiyev taktikasından əl çəkin, insanlara imkan verin düz sözünü desin.
Düz sözü deyəndən heç vaxt zərər gəlməz, sizlər yaltaqlardan qorxun. Əvvəlki təcrübələrə baxın, bu gün həmin insanlar sizin yanınızdadır, sabah ayağınız büdrəyəndə növbətisinin yanında olacaq.
Ümid edirəm ki, bir gün bizim səsimiz rəhbərlikdə eşidiləcək, haqq-ədalət öz yerini tapacaq, QHT Agentliyi trol saxlayan rəhbərlikdən xilas olacaqdır".
Dia.az
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 17-09-2023, 22:07
Xəbəri paylaş





Xəbər lenti