ŞOK İDDİA: Qarabağdakı separatçı rejimin 3 rəhbəri Ermənistanda: Saakyan, Qukasyan, Arutyunyan...

 
 
Telegramın erməni seqmentinin təsirli kanalı olan @bagramyan26 -nın məlumatına görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçı rejimin üç keçmiş "prezidenti" və "hökumət üzvləri" Ermənistana keçə bilib...
Musavat.com xəbər verir ki, bu barədə hələ ki, Azərbaycan mərkəzi hakimiyyətinin heç bir açıqlaması yoxdur.
Böyük ehtimalla söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni "prezident" Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndidə qalır...
Musavat.com-un özəl məlumatına görə, bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 "generalın" həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.
Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub.
QEYD: Rəsmi məlumatlar yayılmayana qədər bunlar yalnız erməni iddiaları olaraq qalacaq.
 

1447237702.jpg (36 KB)
Bako Saakyan
60-83-1695544773.jpg (26 KB)
Arkadi Qukasyan 
2020-12-17-09-43-143xcRU4KfF0IdDfSp62AF_file.jpg (804 KB)
Araik Arutyunyan 
balasanyan.jpg (45 KB)
Vitali Balasanyan
Tarix: 2-10-2023, 12:05
Xəbəri paylaş





Xəbər lenti