İsrail prezidenti HƏMAS hücumunun arxasında İranın olduğunu bildirib

İsrail prezidenti HƏMAS hücumunun arxasında İranın olduğunu bildirib

İsrail prezidenti İsaak Hersoq Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağından İsrail ərazisinə doğru hücumunun arxasında İranın dayandığını bildirib.

Bizimyol.info xəbər verir ki, o qeyd edib ki, hücum İsraildə eyni vaxtda iki böyük yəhudi bayramının - Şemini Atzeret (Səkkizinci gün - bayram toplantısı) və bir həftəlik Sukkotdan sonra Simçat Tövratın (Tövratın sevinci- Yəhudilərin payız bayramları silsiləsi adlanır) qeyd olunması ilə üst-üstə düşüb.
“Bu gün biz HƏMAS-ın əsl üzünü gördük. Yeganə məqsədi günahsız kişi, qadın və uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror ordusudur. Onlar İranlı komandirlərinin dəstəyi və göstərişləri ilə müqəddəs yəhudi bayramında yəhudi dövlətinə qarşı heç bir səbəb olmadan, mənfur hücum həyata keçirdilər. Günahsız dinc sakinlər öldürüldü və yaralandı, çoxları hələ də hücuma məruz qalır”, - deyə dövlət başçısı qeyd edib.
Hersoq vurğulayıb ki, İsrail hakimiyyəti ölkə vətəndaşları üçün təhlükəni aradan qaldırmaq üçün bütün tədbirləri görəcək. “İsrail bütün çətinliklərin öhdəsindən gələcək. Mən israilli xalqlar ailəsinə səslənirəm: bizə qarşı aparılan bu müharibə mühüm mərhələdir. İndi HƏMAS və onun İrandakı havadarlarının açıq, birmənalı qınaqlarını eşitməyin vaxtıdır. İsrailin iyrənc düşmənə qarşı ədalətli və mənəvi mübarizəsini dəstəkləyərək onun yanında möhkəm dayanmağın vaxtı çatıb”, - yəhudi dövlətinin başçısı bildirib.
Şənbə günü səhər saatlarında işğalın başlamasından altı saat sonra HƏMAS döyüşçüləri bir neçə İsrail icmasında hələ də silahlı döyüşlər aparırdılar. İsrail ən azı 22 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını bildirir.
İsrail ordusunun sözçüsü podpolkovnik Riçard Hecht jurnalistlərə deyib ki, biz başa düşürük ki, bu böyük oyundur. O, İsrail hərbçilərinin ordu ehtiyatlarını çağırdığını bildirib.
Tarix: 7-10-2023, 22:45
Xəbəri paylaş





Xəbər lenti