İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı hədəflərinə intensiv aviazərbələr endirib


İsrail qırıcıları Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının hədəflərinə intensiv zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Qəzza zolağında Beyt Hanun təhlükəsizlik səddinə bitişik ərazilərdə HƏMAS terror təşkilatının ölkəyə qarşı hücumlar təşkil etmək üçün istifadə etdiyi hədəflərə intensiv hava zərbələri endirib” – məlumatda bildirilir.

Onun məlumatına görə, zərbələrdə İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə iştirak edib. "İsrail Müdafiə Qüvvələri terror təşkilatı HƏMAS-a qarşı fəaliyyətini davam etdirəcək", - mətbuat xidməti əlavə edib./APA 
Tarix: 8-10-2023, 23:16
Xəbəri paylaş





Xəbər lenti